
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir.
Bununla əlaqədar ölkə ərazisindəki bütün rəsmi çimərliklər vətəndaşların, həmçinin turistlərin istifadəsinə verilir.
Azərbaycanda çimərlik mövsümünə START VERİLİR – FOTO
Yay tətilini dəniz kənarında keçirmək istəyənlərin rahat və təhlükəsiz istirahəti üçün aidiyyəti dövlət qurumları tərəfindən zəruri hazırlıq və təmizlik işləri yekunlaşdırılıb.
Azərbaycanda çimərlik mövsümünə START VERİLİR – FOTO
Vətəndaşların həyat və sağlamlığının qorunması məqsədilə çimərlik ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələri fəaliyyətə başlayır. Mütəxəssislər xatırladırlar ki, bədbəxt hadisələrin qarşısını almaq üçün yalnız xilasedicilərin nəzarət etdiyi, rəsmi olaraq icazə verilən çimərliklərdən istifadə edilməlidir.
Azərbaycanda çimərlik mövsümünə START VERİLİR – FOTO
Eyni zamanda, Dövlət Su Ehtiyatları Agentliyi nəzdində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti dəniz suyundan nümunələri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edib. Çimərlik mövsümü ilə əlaqədar ölkə üzrə çimərliklərdə monitorinq aparılmasına başlanıb.
Azərbaycanda çimərlik mövsümünə START VERİLİR – FOTO
Çimərliklərdə təmizliyin qorunması, sosial məsafə və ümumi nizam-intizam qaydalarına riayət olunması vacib şərtdir. İstirahətə gələnlərdən ətrafı çirkləndirməmək, qadağanedici nişanlara diqqət yetirmək və hava şəraitinin qeyri-sabit olduğu günlərdə dənizə girməmək xahiş olunur.
Azərbaycanda çimərlik mövsümünə START VERİLİR – FOTO
Qeyd edək ki, ənənəvi olaraq sentyabr ayının ortalarına qədər davam edəcək çimərlik mövsümü boyunca əyləncə və istirahət zonalarında nəzarət tədbirləri davam etdiriləcək.