
Hüquqinfo.az bildirir ki,
Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
"Hüquqinfo.az"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.









