
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində ümumilikdə 64 nəfərin meyiti sudan tapılaraq çıxarılıb:
Akşin Əlili həmçinin bildirib ki, cari ilin çimərlik mövsümündə xilasedicilər sudan ümumilikdə 59 nəfərin meyiti çıxarılıb:
"Bu da ötən ilin analoji dövründə 68 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalma deməkdir. Burada vacib bir məsələ qeyd edilməlidir ki, göstərilən 59 rəqəmindən yanlız 29-u bilavasitə çimərkən suda boğulma faktı ilə bağlıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib".










