Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Gələn il AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda ke...--:--
News
Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə...--:--
News
Mahir Məmmədov: "Olimpiadanın nəticələrini təhlil edərə...--:--
News
Rusiya Dumasında “Kiyev kotleti”nin adını dəyişdilər - ...--:--
News
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb--:--
News
Gələn il AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda ke...--:--
News
Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə...--:--
News
Mahir Məmmədov: "Olimpiadanın nəticələrini təhlil edərə...--:--
News
Rusiya Dumasında “Kiyev kotleti”nin adını dəyişdilər - ...--:--
News
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Bugün, 16:43
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib.

Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa Komissiyası arasında Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib. Bildirilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin olunması yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verə bilər.

Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm strateji bölgə olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi və onun çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRİPP layihəsinin regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru yol əlaqəsinin təmin olunmasına imkan yaradacaq. Buradan keçəcək dəmir yolu xəttinin isə Naxçıvanı Türkiyə ilə birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilməsi nəzərdə tutulur. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin daha da artması üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqətə çatdırılıb. Ordubad rayonunda Tivi və Ordubad su elektrik stansiyalarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvanın enerji potensialının gələcəkdə Cəbrayıl elektrik qovşağı ilə əlaqələndirilməsi, istehsal olunan enerjinin Türkiyəyə ixracı və daha geniş enerji bazarlarına çıxarılması imkanları vurğulanıb.

Nümayəndə heyətinin tərkibində yer alan Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti həyata keçirilməsi nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunub. O, layihələrin maliyyələşdirilməsi istiqamətində bank tərəfindən təqdim olunan imkanları, o cümlədən güzəştli kreditlərin rolunu diqqətə çatdırıb.

Adrien Kirali səfərin əhəmiyyətini vurğulayıb, Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib. Qarşıdakı illərdə Avropa Komissiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Rusiya Dumasında “Kiyev kotleti”nin adını dəyişdilər - Foto

News thumbnail
dunya

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb

News thumbnail
dunya

Rusiya müdafiə xərclərini rekord səviyyəyə çatdıracaq

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Fransanın dövlət borcu son 80 ildə rekord səviyyəyə - 4 trilyon avroya yaxınlaşıb

Bugün, 16:38
News thumbnail
Bugün
siyaset

Gədəbəyin yeni RİH başçısı kollektivə təqdim olundu

Bugün, 16:38
News thumbnail
Bugün
huquq

İsrail HƏMAS-ın daha bir komandirini öldürdü

Bugün, 16:36
News thumbnail
Bugün
cemiyyet

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçib

Bugün, 16:33

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bugün, 16:31
News thumbnail
Bugün
idman

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək

Bugün, 16:30
News thumbnail
Bugün
dunya

Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - Video

Bugün, 16:29
News thumbnail
Bugün
siyaset

Serbiya Fransadan yeni döyüş təyyarərələri alır

Bugün, 16:24
News thumbnail
Bugün
siyaset

Adrien Kirali Naxçıvanda əməkdaşlıq imkanlarını müzakirə edib

Bugün, 16:20
News thumbnail
Bugün
dunya

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Bugün, 16:18
News thumbnail
dunya

Gürcüstanda NATO təlimi başlayıb

News thumbnail
dunya

Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - Video