
Hüquqinfo.az bildirir ki,
Tehran Hörmüz boğazından naviqasiyanı bərpası üçün ABŞ-yə Qətər vasitəsilə yeddi günlük plan təqdim edib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"İran Qətər vasitəsilə ABŞ-yə yeddi günlük dəqiq plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal naviqasiya bərpa olunacaq. Seçim ABŞ-nindir", - o, jurnalistlərə deyib.
İranın planının yeddi günlük müddəti ABŞ tərəfindən qəbul edildikdən sonra başlayır. Əraqçi qeyd edib ki, yeddinci gün Tehran Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq.
O əlavə edib ki, planın tələbləri ABŞ ilə anlaşma memorandumunda göstərilən tələblərə bənzəyir.










