Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İqtisadçı ekspert vəfat etdi--:--
News
Ukraynadan hiyləgər plan: Ruslar belə aldadıldı - Video--:--
News
FHN Mərkəzi Neftçilər Xəstəxanasında təlim keçirəcək--:--
News
Ukrayna Rusiya-Belarus sərhədinə dron hücumu edib--:--
News
Türkiyəli mütəxəssis millimizin baş məşqçisi oldu--:--
News
İqtisadçı ekspert vəfat etdi--:--
News
Ukraynadan hiyləgər plan: Ruslar belə aldadıldı - Video--:--
News
FHN Mərkəzi Neftçilər Xəstəxanasında təlim keçirəcək--:--
News
Ukrayna Rusiya-Belarus sərhədinə dron hücumu edib--:--
News
Türkiyəli mütəxəssis millimizin baş məşqçisi oldu--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

Bugün, 12:11
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ermənistan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "əsas tədbir"ində iştirak etməməklə Rusiyadan və onun himayəsi altında olan təşkilatdan uzaqlaşmaq xəttini tutduğunu bir daha nümayiş etdirib.

Belə ki, sentyabrın 13-dən etibarən Rusiya və Qazaxıstanda KTMT-nin hərbi təlimləri keçirilir. Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan hərbçiləri iştirak edirlər. Oktyabrın 3-dək davam edəcək bu hərbi tədbirlə Mərkəzi Asiya regionunun Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin dağlıq-səhra ərazisi şəraitində döyüş əməliyyatları məşq edilir. Pilotsuz təyyarələrə qarşı mübarizə, yüksəkdəqiqlikli silahların tətbiqi və sərhəd xidmətləri ilə koordinasiyaya xüsusi diqqət yetirilir.

Təlimlərə təxminən 2000 hərbçi və 350-dən çox texnika, habelə müxtəlif tipli PUA-lar, robototexnika kompleksləri cəlb olunub.

KTMT-nin Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov təlimləri təşkilatın builki hazırlığının "əsas tədbiri" adlandırıb. O, manevrlərin keçirilməsinin aktuallığının dünyada son dərəcə mürəkkəb hərbi-siyasi vəziyyətlə şərtləndirib.

Lakin, görünür, dünyadakı son dərəcə mürəkkəb hərbi-siyasi vəziyyət belə Ermənistanı bu "əsas tədbir"ə cəlb edə bilmir. KTMT-də üzvlüyünü dondurduğunu elan edən Ermənistan, əslində, ilk dəfə deyil ki, bu təşkilatın mühüm tədbirlərində iştirak etmir. Rəsmi İrəvan 2022-ci ildən 2024-cü ilə qədər olan dövrdə azı 4 dəfə - 2022-ci ilin payızında Azərbaycanla sərhəddəki vəziyyətə görə Qazaxıstandakı təlimlərə hərbi kontingent göndərməkdən, 2023-cü ilin yanvarında təşkilatın sülhməramlı qüvvələrinin "Pozulmaz qardaşlıq-2023" təlimlərini öz ərazisində keçirməkdən, 2023-cü ilin sentyabrında Belarusda KTMT xilasetmə xidmətlərinin "Skala-2023" təlimlərinə qatılmaqdan, eləcə də 2024-cü ilin avqustunda Novosibirskdə KTMT xüsusi təyinatlı qüvvələr birləşmələrinin "Kobalt-2024" xüsusi təlimlərində iştirakdan imtina edib.

Həmçinin Ermənistan son illərdə təşkilatın qeyri-hərbi tədbirlərində də iştirakdan boyun qaçırıb.

Rəsmi İrəvan hesab edir ki, təşkilatın təhlükəsizlik təminatları sahəsindəki funksiyalarını tükənib. Onun iddiasına görə, KTMT Ermənistan-Azərbaycan sərhədindəki gərginliklər zamanı lazımi yardım göstərməyib, vəziyyətə aydın siyasi qiymət verməyib.

Bu kimi amillər Ermənistan hökumətinin təşkilatdan çıxması üçün daha çox bəhanədir. Çünki hadisələr Azərbaycan ərazisində getdiyinə, ölkə öz torpaqlarını işğalçılardan təmizlədiyinə görə təşkilat Ermənistan-Azərbaycan münaqişəsində iştirakını heç cür əsaslandıra bilmirdi. Digər tərəfdən, KTMT-yə üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü daim müxtəlif səviyyələrdə müdafiə ediblər. Habelə, həmin ölkələrlə Azərbaycan arasında ərazi bütövlüyü və suverenliyi dəstəkləməyə, əməkdaşlığa dair anlaşmalar mövcuddur.

Bu kimi səbəblərdən Ermənistanın KTMT-dən narazılığının səbəbinin Azərbaycanla bağlı olduğu cəfəngiyyatdır.

Ermənistanın KTMT-dən çıxmasının təşəbbüskarı Baş nazir Nikol Paşinyan hələ 2017-ci ildə müxalifətdə olarkən ölkəsinin KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edirdi. O bəyan edirdi ki, bu qurumlarda üzvlüyü Ermənistanı inkişaf etdirmir, əksinə, onun suverenliyini məhdudlaşdırır və sərt asılılıq vəziyyətinə salır. Ovaxtkı müxalifət liderinin qənaətincə, ölkənin KTMT-də olması Ermənistanın "milli təhlükəsizliyi üçün ən ciddi təhlükə" yaradır.

2018-ci ilin hakimiyyət dəyişiklikyindən sonra Paşinyan 2024-cü ilədək bu təşkilatlara qarşı çıxışı sərtləşdirmədi. Son iki ildə Nikol Paşinyan yenidən quruma və ittifaqa qarşı çıxışlar etməyə başlayıb.

O, Rusiyanın Ukraynada apardığı müharibəyə görə RF-nin Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilmədiyini bəyan etmişdi.

Ermənistan tutduğu mövqe ilə Rusiyadan uzaqlaşmaq istəyini nümayiş etdirir. Ancaq bunu müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışır. Odur ki, baş verənlər rəsmi İrəvanın Rusiyadan uzaqlaşmaq istədiyini bir daha isbatlayır.

Bu günlərdə "Gallup International Association" RF-nin 102 saylı hərbi bazasının Ermənistanla münasibətlərinə dair sorğu keçirib. Sorğu iştirakçılarının 39,7%-i Rusiya bazasının təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanda qalmasnın zəruriliyini bildirib. Respondentlərin 24,7%-i hərbi hissənin Ermənistanda qalmalı olduğunu bildirsə də, bununla belə, onun yerləşdirilmə şərtlərinin yenidən nəzərdən keçirilməli olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin 28,9%-i Rusiya hərbi bazasının ölkədən çıxarılması tərəfdarı olduqlarını bildiriblər.

Bu sorğu və nəticələr də gələcəkdə hərbi sahədə Rusiya-Ermənistan münasibətlərinin həllinə yardım edəcək amillərdən sayılır.

Bu iki ölkənin münasibəti ilə bağlı son zamanların əsas suallarını belə formalaşdırmaq olar: kim-kimdən xilas olmaq istəyir - RF Ermənistandan, yoxsa əksinə? Yaxud Rusiya Ermənistanı, yoxsa Ermənistan RF-ni atır?

Ermənistan rəsmiləri Moskva rəsmiləri ilə görüşdəki çıxışlarında Rusiya ilə əlaqələri kəsmək, yaxud ondan uzaqlaşmaq niyyətində olmadıqlarını, sadəcə müxətlif sahələrdə, o cümlədən hərbi məsələlərdə şaxələndirmə xəttini seçdiklərini bildirirlər. Moskva isə Ermənistanın Avropa İttifaqı standartlarına keçidinin mümkün iqtisadi nəticələri barədə xəbərdarlıq edir.

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, belə halda Rusiya Ermənistanla iqtisadi əməkdaşlıq inteqrasiyasını dayandırmalı olacaq.

İrəvan Qərbdə onu dəstəkləyənlərə hələ tam arxayın deyil. Bütün sahələrdə müdafiə sistemi zəifdir. Habelə, onun iqtisadiyyatı hələ də Rusiyadan asılıdır, belə bir şəraitdə Moskvaya qarşı açıq şəkildə addım atmaqdan çəkinir. Ehtimal etmək olar ki, RF də Ermənistanın bu kimi istiqamətlərdə müdafiəsinin güclü, yaxud bu sistemin mövcud olmadığını bilir. Ona görə davamlı olaraq, Kreml Ermənistanın iqtisadi asılılığını vurğulayır. Hətta Ermənistana satdığı təbii qazın qiymətini qaldıracağı barədə də İrəvana xəbərdarlıq edir.

Mövcud şəraitdə Ermənistan Rusiya ilə əlaqələrin zəifləməsi, yaxud qırılması istiqamətində ikinci dövrəni reallaşdırır. Birincidə o bu yöndə görəcəyi işləri, atacağı addımları bəyan edirdi. İndi isə konkret addımlar atır. Çünki Ermənistan-Rusiya münasibətlərinin perspektivi ilə bağlı ictimai rəyi formalaşdırmağa elə ciddi zərurət yaranmayıb. İrəvanın tələb və istəkləri bəllidir.

KTMT-nin təlimlərinə qatılmamaqla o, mövqeyinin dəyişmədiyini yenidən nümayiş etdirib. Təşkilatın təlimləri ərəfəsində 102-ci hərbi hissə ilə bağlı sorğunun keçirilməsi isə İrəvanın Rusiya istiqamətində qazdığı növbəti səngərdir ("hakop", "akop"). Ona görə də hələ ki tərəflər biri-birindən tam qopmaq niyyətlərini bildirmirlər. Bununla belə, Rusiyanın iştirak etdiyi münaqişə və hadisələrin nəticəsi Moskva-İrəvan münasibətlərinə həlledici təsir göstərə bilər.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Ukraynadan hiyləgər plan: Ruslar belə aldadıldı - Video

News thumbnail
dunya

Oktyabrda Rusiya ilə bağlı qərar qəbul ediləcək - Papoyan

News thumbnail
dunya

Ermənistan AİK vasitəsilə Rusiyanın məhdudiyyətlərini ləğv etməyə çalışır

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

İnfantinonun İlham Əliyevə hədiyyələri... - Foto

Bugün, 12:20
News thumbnail
Bugün
idman

İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır

Bugün, 12:19
News thumbnail
Bugün
siyaset

Əli Həsənovun qızı Dubayda mağaza açdı: 3 milyonluq əşyalar...

Bugün, 12:18
News thumbnail
Bugün
cemiyyet

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb - FOTO

Bugün, 12:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Gömrükdən 4 milyondan artıq brilyant keçirtmək istədi

Bugün, 12:15
News thumbnail
Bugün
iqtisadiyyat

Manatın devalvasiya riski tam aradan qalxıbmı?

Bugün, 12:15
News thumbnail
Bugün
idman

İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Bugün, 12:14
News thumbnail
Bugün
siyaset

Prezident İnfantinonu qəbul etdi

Bugün, 12:14
News thumbnail
Bugün
dunya

Oktyabrda Rusiya ilə bağlı qərar qəbul ediləcək - Papoyan

Bugün, 12:13
News thumbnail
Bugün
idman

Fərid Qayıbov: "İşğaldan azad olunmuş ərazilərdə idman yarışlarının arealı genişlənir"

Bugün, 12:12
News thumbnail
dunya

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb

News thumbnail
dunya

ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb