Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi--:--
News
Bu rayonlara leysan yağır, Göygölə dolu düşdü--:--
News
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində...--:--
News
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş r...--:--
News
Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müza...--:--
News
Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi--:--
News
Bu rayonlara leysan yağır, Göygölə dolu düşdü--:--
News
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində...--:--
News
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş r...--:--
News
Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müza...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

"Aston Martin" Bakı Qran-prisində AMR26 bolidinin son yenilənməsini təqdim edəcək

Bugün, 16:19
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Aston Martin" komandası "Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra AMR26 bolidinin təkmilləşdirilməsi işlərini dayandıracaq və bütün resurslarını 2027-ci il mövsümü üçün yeni bolidin hazırlanmasına yönəldəcək. Hazırkı bolidin son yenilənməsi onun çəkisinin azaldılmasına yönələcək.

"Hüquqinfo.az" İspaniyanın "Car and Driver" nəşrinə istinadən xəbər verir ki, Bakıdakı şəhər trasında baş tutacaq mərhələ "Aston Martin"in AMR26 üçün yeni komponentlər hazırlayacağı sonuncu mərhələ olacaq.

Bundan sonra komanda mövsümün sonunadək bolidin demək olar ki, yekun versiyasından istifadə edəcək.

2026-cı il mövsümünün ilk yarısı "Aston Martin" üçün asan keçməyib. Komanda performans problemləri ilə üzləşib və belə qənaətə gəlib ki, kiçik yenilənmələrin müntəzəm tətbiqi maşının fundamental çatışmazlıqlarını aradan qaldırmağa imkan verməyəcək.

Adətən "Formula 1" komandaları bolidlərin alt hissəsini, antiqanadlarını, yan pontonlarını və digər elementlərini ardıcıl şəkildə yeniləyərək onları daim təkmilləşdirirlər. Bu cür yanaşma mühəndisləri və konstruktorları hər bir neçə həftədən bir yeni detallar layihələndirməyə, istehsal etməyə və trasa gətirməyə vadar edir.

"Aston Martin" başqa bir strategiya seçib: komanda bu prosesi dayandırıb, problemləri diqqətlə təhlil edib və bir neçə ay ərzində genişmiqyaslı yenilənmə paketi hazırlayıb. O, Macarıstan Qran-prisində təqdim edilib və faktiki olaraq AMR26-nı "B" versiyasına çevirib.

Bu qərar aerodinamiklərə, konstruktorlara və mühəndislərə müxtəlif konsepsiyaları öyrənmək və uzunmüddətli inkişaf tələb edən həll yollarını tapmaq üçün daha çox vaxt verib. "Aston Martin", 2027-ci ilin maşını üçün daha möhkəm əsas yaratmaq məqsədilə 2026-cı il mövsümünün bir hissəsini qurban vermək qərarına gəlib.

Genişmiqyaslı yenilənmə "Aston Martin"ə çempionatın liderləri sırasına daxil olmağa imkan verməyib. İrəliləyiş nəzərəçarpacaq dərəcədə idi, lakin bolidin müntəzəm olaraq təsnifatın ikinci və ya üçüncü seqmentlərinə keçməsi üçün bu kifayət etməyib.

Yenilənmiş AMR26 yalnız bir dəfə - Fernando Alonsonun sayəsində təsnifatın birinci seqmentini keçə bilib. Bununla yanaşı, bolid yarış tempində bir sürətli dövrədə olduğundan daha çox inkişaf edib. Alonso xal qazana bilib, bolid isə şinlərlə daha yaxşı işləməyə başlayıb.

AMR26-nın hazırlanmasının tam dayandırılmasından əvvəl komanda bolidin çəkisinin azaldılması proqramını başa çatdırmaq niyyətindədir. İşlərin Bakıda keçiriləcək Azərbaycan Qran-prisinə qədər başa çatdırılması planlaşdırılır.

Paralel olaraq, "Aston Martin" mövsümün əvvəlində yaranmış problemləri aradan qaldırmaq və 2027-ci ilin ilk Qran-prisinə daha rəqabətqabiliyyətli güc qurğusu ilə qatılmaq üçün Honda ilə əməkdaşlığı davam etdirir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

News thumbnail
huquq

Aylar əvvəl Həkəridə batan kişinin meyiti tapıldı

News thumbnail
huquq

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Bakıda yaşayış binasında güclü yanğın başladı - Video

Bugün, 16:18
News thumbnail
Bugün
idman

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Bugün, 16:14
News thumbnail
Bugün
siyaset

“Vardanyan və Harutyunyanın adından irəli sürülən iddialar həqiqəti əks etdirmir”

Bugün, 16:10
News thumbnail
Bugün
idman

“Neftçi”nin sabiq futbolçusu öldü - Foto

Bugün, 16:10

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

"Sabah" basketbol komandası yoxlama oyununda "Ordu"ya qalib gəlib

Bugün, 15:55
News thumbnail
Bugün
cemiyyet

Şahin Bağırovdan Fərid Usubovun yerinə

Bugün, 15:55
News thumbnail
Bugün
dunya

Donald Tusk: Rusiya ordusunun yeni taktikasına görə Ukraynanın hər ay,təxminən, 27 min hərbçisi həlak olub

Bugün, 15:53
News thumbnail
Bugün
cemiyyet

Azərbaycanda qadın ərini bıçaqladı

Bugün, 15:49
News thumbnail
Bugün
siyaset

Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər

Bugün, 15:48
News thumbnail
Bugün
cemiyyet

Ər-Riyad hava limanı yaxınlığında alov və qara tüstü görünüb

Bugün, 15:47
News thumbnail
huquq

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

News thumbnail
huquq

Ağdərədə 28 yaşlı kişi “tok” vurub öldürdü