Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bu qoçun qiyməti 1 milyon dollardır--:--
News
Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "...--:--
News
"Haas"ın rəhbəri Ayao Komatsu: "Azərbaycan Qran-prisini...--:--
News
3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldü--:--
News
Cavid Hüseynov istefaya göndərildi--:--
News
Bu qoçun qiyməti 1 milyon dollardır--:--
News
Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "...--:--
News
"Haas"ın rəhbəri Ayao Komatsu: "Azərbaycan Qran-prisini...--:--
News
3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldü--:--
News
Cavid Hüseynov istefaya göndərildi--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Baş prokuror BMT-nin nümayəndələrini qəbul etdi

Bugün, 14:56
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Hüquqinfo.az” xəbər verir ki, qonaqları səmimi salamlayan Baş prokuror Roberto Arbitrionun 21–23 sentyabr tarixlərində keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək, səfərin Baş Prokurorluqla UNODC, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin ölkəmizi transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın Orta Dəhliz boyunca təhlükəsizliyin təmin olunması, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində müxtəlif təşəbbüs və layihələrin həyata keçirilməsində regionun fəal iştirakçılarından biri olduğu vurğulanıb.

Görüşdə son illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə UNODC arasında konkret təşəbbüslər əsasında formalaşmış səmərəli əməkdaşlıqdan danışılıb.

Bu xüsusda 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində “İqlim fəaliyyəti naminə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda Yüksək Səviyyəli Plenar Sessiyanın uğurlu təşkili xatırlanıb.

Həmçinin 20-23 may 2025-ci il tarixlərində Bakıda 92 ölkəni təmsil edən 120-dən çox dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasının yüksək səviyyədə keçirilməsinin tərəflər arasında əməkdaşlığın mühüm nümunələrindən biri olduğu qeyd edilib.

Görüş zamanı UNODC-nin Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanaraq, terrorçuluqla bağlı yeni və meydana çıxan təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr, kritik infrastrukturun mühafizəsi, yeni texnologiyalardan və virtual aktivlərdən terror məqsədləri üçün sui-istifadə hallarına qarşı mübarizə kimi aktual istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları müzakirə olunub.

Baş prokuror 26 sentyabr-1 oktyabr 2026-cı il tarixlərində Əbu-Dabidə keçiriləcək BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresinin əhəmiyyətinə toxunaraq, Konqres çərçivəsində təşkil olunacaq birgə əlavə tədbirlərlə bağlı Azərbaycan prokurorluq orqanları ilə UNODC arasında sıx əlaqələndirmənin həyata keçirildiyini bildirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, ekoloji cinayətlərin qarşısının alınması, eləcə də cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində UNODC ilə fəal və nəticəyönümlü tərəfdaşlığın davam etdirilməsinə xüsusi önəm verdiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Ağ Evə buraxılmayan CNN və digər media qurumları Trampı məhkəməyə verəcək

News thumbnail
huquq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

News thumbnail
huquq

Tiktokda quzu “satan” şəxs saxlanıldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Ronaldonun oğlu dubl etdi, atası kimi sevindi

Bugün, 15:49
News thumbnail
Bugün
idman

Ronaldonun oğlu dubl edib komandasına qələbə qazandırdı

Bugün, 15:49
News thumbnail
Bugün
son xeberler

İcra başçısı müavinini işdən çıxardı

Bugün, 15:48
News thumbnail
Bugün
cemiyyet

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bugün, 15:46

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Bugün, 15:44
News thumbnail
Bugün
idman

Cavid Hüseynov "Araz-Naxçıvan"dan ayrılıb

Bugün, 15:43
News thumbnail
Bugün
idman

"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Benin millisinə dəvət olunub

Bugün, 15:41
News thumbnail
Bugün
huquq

Ağ Evə buraxılmayan CNN və digər media qurumları Trampı məhkəməyə verəcək

Bugün, 15:40
News thumbnail
Bugün
siyaset

Dnepropetrovsk vilayətinin Donetsk vilayəti ilə sərhəd kəndləri təxliyə olunur

Bugün, 15:40
News thumbnail
Bugün
cemiyyet

Bütün mirasını həyat yoldaşına vəsiyyət edib

Bugün, 15:40
News thumbnail
huquq

Bu əməllərinə görə polis tərəfindən saxlanıldı

News thumbnail
huquq

70 yaşlı qadın polis tərəfindən saxlanıldı