
Hüquqinfo.az bildirir ki,
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununu idarə edəcək avstriyalı hakim Kristian-Petru Çokirka daha əvvəl "Qarabağ"ın avrokubokdakı matçında iş başında olub.
"Hüquqinfo.az"un məlumatına görə, 37 yaşlı FIFA referisi 2023-cü ildə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən "Hakken" (İsveç) - "Qarabağ" qarşılaşmasında iştirak edib.
O, həmin vaxt görüşün VAR hakimi funksiyasını yerinə yetirib. Sözügedən oyun Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kristian-Petru Çokirka 2019-cu ildən beynəlxalq oyunlara təyinat alır. O, cari mövsüm Avstriya Bundesliqası ilə yanaşı, UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının təsnifat mərhələrinin qarşılaşmalarında söz sahibi olub.
Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.






