










Hüquqinfo.az bildirir ki,
Azərbaycanın usta cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar.
"Hüquqinfo.az" xəbər verir ki, dördüncü yarış günündə komandamızın üzvləri daha 2 bürünc medal qazanıblar. M7 yaş kateqoriyasında Azər Əsgərov (-100 kq), M8 yaş kateqoriyasında isə Fərhad Rəcəbli (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq), Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub. Millimiz 65 ölkənin iştirak etdiyi mundialda kişilərin medal sıralamasında 7-ci yeri tutub.










