
Hüquqinfo.az bildirir ki,
Amerika tərəfinin məlumatına görə, kriptovalyuta birjasına iranlı iş adamı və maliyyəçi Babək Zəncani nəzarət edir. Zəncani daha əvvəl ABŞ-nin sanksiya siyahısına daxil edilib.
Məhdudiyyətlər “BitBank” platformasının tərtibatçısı olan “Pishtaz Simorgh Electronic Trade Company” şirkətinə, həmçinin Zəncaniyə məxsus “Dot One” şirkətində fəaliyyət göstərən üç biznes tərəfdaşına da şamil olunub.
Sanksiyalar çərçivəsində adı siyahıya daxil edilən şəxslərin və şirkətlərin ABŞ yurisdiksiyasındakı aktivləri dondurulacaq. ABŞ vətəndaşlarına onlarla işgüzar əməliyyatlar aparmaq qadağan ediləcək.
Sanksiya siyahısına daxil edilmiş fiziki şəxslərin ABŞ-yə girişinə də məhdudiyyət qoyulacaq.










