Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Cəmi 4 il ərzində icra edilməlidir”--:--
News
Xocavənddə böyük təlim başladı - Video--:--
News
“Xəzəl fəsli” qonaq gəlir...--:--
News
SEPAH: Hörmüz boğazında müharibə davam edir--:--
News
Almaniyadakı ABŞ aviabazası yaxınlığında hərbi təyyarə ...--:--
News
“Cəmi 4 il ərzində icra edilməlidir”--:--
News
Xocavənddə böyük təlim başladı - Video--:--
News
“Xəzəl fəsli” qonaq gəlir...--:--
News
SEPAH: Hörmüz boğazında müharibə davam edir--:--
News
Almaniyadakı ABŞ aviabazası yaxınlığında hərbi təyyarə ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Ayxan Qədəşov: "Qeyri-neft sektorunda yeni istehsal imkanları üçün mühüm istiqamətlər müəyyən edilib"

Bugün, 17:51
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə ölkənin qeyri-neft sektorunda yeni istehsal imkanlarının formalaşdırılması baxımından mühüm istiqamətlər müəyyənləşdirib.

"Hüquqinfo.az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport.az" portalının rəhbəri Ayxan Qədəşov bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramının əsas hədəfi yalnız faydalı qazıntıların hasilatının artırılması deyil, xammalın ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bütöv istehsal zəncirinin formalaşdırılmasıdır.

İİTKM rəsmisi qeyd edib ki, dünyada texnoloji inkişafın sürətləndiyi bir dövrdə Azərbaycanın öz mineral xammal bazasını qlobal iqtisadiyyatın tələblərinə uyğunlaşdırması qeyri-neft ixracı üçün əvəzsiz imkanlar açır: "Mövcud iqtisadi reallıqlar sənaye zəncirinin tam qapalı dövrədə - hasilatdan başlayaraq dərin emala və nəhayət, son məhsul istehsalına qədər ölkə daxilində qurulmasını tələb edir. Dövlət Proqramının əsas fəlsəfəsi məhz bu iqtisadi hədəfə əsaslanır: yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsulları yaradaraq qlobal bazarlara daha geniş çıxış əldə etmək. Bu, "Made in Azerbaijan" brendinin beynəlxalq metallurgiya bazarında rəqabət gücünü qat-qat artıracaq".

"Sənəddə müəyyən edilmiş hədəflər, xüsusən də 2030-cu ilədək sektorun illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması ölkənin xarici ticarət balansına güclü təsir göstərəcək. Bu hədəfə çatmaq üçün atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət sektorunu təmsil edən "AzerGold" QSC-nin artan ixrac göstəriciləri, xüsusən də cari ilin ilk 8 ayı ərzində 180 milyon ABŞ dollarından artıq ixrac reallaşdırması sahənin zəngin potensialını nümayiş etdirir. Gələcəkdə "Daşkəsən" dəmir filizi yatağı bazasında 2 milyon ton istehsal gücünə malik isti briketləşdirilmiş dəmir zavodunun qurulması, Avropada ən perspektivli yataqlardan sayılan "Filizçay"da mis, sink və qurğuşun resurslarının istismarı, o cümlədən Naxçıvan və Qarabağ zonasında yeni geoloji kəşfiyyat işləri bu rəqəmləri dəfələrlə artıracaq", - deyə portal rəhbəri əlavə edib.

A.Qədəşov Proqramın ölkəmizə gətirəcəyi strateji dividentləri izah edərək qeyd edib ki, dərin emal sənayesinin qurulması Azərbaycanı dünya bazarında xammal ölkəsi statusundan çıxararaq qlobal təchizat zəncirində, xüsusən avtomobilqayırma və bərpaolunan enerji sektorlarında etibarlı "B2B" tərəfdaşına çevirəcək: "Məhsullarımızın müasir standartlarla daxildə emalı beynəlxalq "ISO" və sənaye sertifikatlarının alınmasını təmin edərək, Qərb sənaye klasterlərinə birbaşa nüfuz etməyimizə imkan verəcək. Ən vacib məqamlardan biri "yaşıl metallurgiya" trendidir. Azad edilmiş ərazilərdə və Naxçıvanda formalaşdırılan "yaşıl enerji"nin metallurgiyaya tətbiqi ilə karbon ayaq izi aşağı olan "yaşıl metallar" istehsal olunacaq ki, bu da Avropanın Sərhəddə Karbon Tənzimlənməsi Mexanizminə (CBAM) tam uyğun olaraq ixrac rəqabətliliyini yüksək səviyyəyə qaldıracaq. Yekun etibarilə, həm istehsal həcmlərinin dəfələrlə artması, həm də beynəlxalq standartlaşma Azərbaycan məhsullarının London Metal Birjası kimi qlobal əmtəə birjalarında və "B2B" elektron ticarət platformalarında birbaşa, rəqəmsal yollarla realizasiyasına fundamental zəmin yaradacaq".

Müşavirədə qeyd olunan investisiya siyasətinə toxunan A.Qədəşov bildirib ki, layihələrin icrası üçün nəzərdə tutulan 5,3 milyard manatlıq investisiyanın 80 %-nin özəl və borc kapitalı hesabına cəlb edilməsi ölkədəki cəlbedici sərmayə mühitinin göstəricisidir: "Bu strateji yanaşma həm yerli, həm də xarici investorların Azərbaycan iqtisadiyyatına aktiv inteqrasiyasını təmin edərək yeni maliyyə axınları formalaşdırır. Proqramın iqtisadi miqyası qədər sosial və regional əhəmiyyəti də dərindir. Sektorda 5 mindən çox daimi iş yerinin yaradılması ölkədə məşğulluğun davamlı artımına, xüsusən də azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə əlavə təkan verəcək. Digər tərəfdən, metallurgiya sənayesinin inkişafı aqrar sektor və inşaat kimi sahələrdə müsbət zəncirvari reaksiya yaradaraq avadanlıq, texnika və metal konstruksiyaların yerli istehsalını stimullaşdıracaq".

A.Qədəşov vurğulayıb ki, son illərdə uğurla formalaşdırılmış güclü elektrik enerjisi və qaz infrastrukturu Azərbaycana belə böyük və enerjitutumlu sənaye layihələrini sərbəst şəkildə icra etmək imkanı verir: "Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən bu Dövlət Proqramı Azərbaycanın uzunmüddətli sənaye təhlükəsizliyini təmin edən, qeyri-neft sənayesini qlobal ticarətin mərkəzinə daşıyan və ölkəmizin regionda sənaye qovşağı kimi mövqeyini sarsılmaz edən fundamental bir addımdır".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

İKZF-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçdi

News thumbnail
iqtisadiyyat

BMT Baş katibi: Təkcə texnoloji üstünlük və iqtisadi güc sabitliyi təmin edə bilməz

News thumbnail
iqtisadiyyat

Ukrayna Dünya Bankından 841 milyon aldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Fitso AB-ni növbədənkənar sammitə çağırdı

Bugün, 18:06
News thumbnail
Bugün
cemiyyet

Addım-addım təzələnir Xocavənd

Bugün, 18:05
News thumbnail
Bugün
cemiyyet

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Bugün, 18:05
News thumbnail
Bugün
dunya

“Birliyin Gücü - 2026”nın açılı oldu

Bugün, 18:02

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Paşinyan Türkmənistana səfər edəcək

Bugün, 17:59
News thumbnail
Bugün
siyaset

İlkin Qasımov: "Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni kadr gündəliyi formalaşdırır"

Bugün, 17:55
News thumbnail
Bugün
dunya

Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO

Bugün, 17:52
News thumbnail
Bugün
dunya

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi keçirilib - VİDEO

Bugün, 17:52
News thumbnail
Bugün
huquq

Evdən 75 min oğurlayan dəstə üzvləri həbs edildi - Foto

Bugün, 17:52
News thumbnail
Bugün
siyaset

Ermənilər Qarabağda buranı döyüş mövqeyi kimi istifadə edibmiş

Bugün, 17:46
News thumbnail
iqtisadiyyat

Azərbaycan Gürcüstandan qoyun və keçi alışına çəkdiyi xərci 24 % azaldıb

News thumbnail
iqtisadiyyat

Döyüşdəki üstünlüyü siyasi qazanca çevirmək... - Qalibaf