Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
"ADEX-2026": Türkiyə və Azərbaycanın birgə istehsalı ol...--:--
News
Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makro...--:--
News
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə ça...--:--
News
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş ...--:--
News
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş ...--:--
News
"ADEX-2026": Türkiyə və Azərbaycanın birgə istehsalı ol...--:--
News
Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makro...--:--
News
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə ça...--:--
News
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş ...--:--
News
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Limit 20 mindən 50 minə qaldırıldı

Bugün, 17:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir.

“Hüquqinfo.az” Banker.az-a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektron pul transferləri barədə quruma məlumat ötürmə qaydasında dəyişiklik edilib.

Belə ki, “Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə haqqında” qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş limitdən yuxarı əməliyyatların sənədləri MMX-yə təqdim olunmalıdır.

Yeniliyə əsasən, göstərici məbləğ dəyişməyərək 20 000 manat (və ya xarici valyutada onun qarşılığı) səviyyəsində qalsa da, hesablanma prinsipi fərqlənəcək. Artıq bu limit bir təqvim ili çərçivəsində tətbiq ediləcək və müştərinin il ərzində edəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatına şamil olunacaq.

Hüquqi şəxslərin benefisiarları ilə bağlı tələb: Monitorinqə cavabdeh qurumlar mövcud hüquqi şəxs olan müştərilərinin son benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək Xidmətə göndərməlidirlər.

MMX-dan Hüquqinfo.az-ya verilən məlumata görə, Maliyyə Monitorinqi Xidməti (MMX) “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na yenidən dəyişiklik edəcək.

Qeyd edilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır.

Bildirilib ki, layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur.

Xidmətdən vurğulanıb ki, yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələr üzrə maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməsi mexanizmi də yer alır.

Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim edilməsi nəzərdə tutulur.

Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, 20 min manatlıq illik hədd aylıq orta hesabla təxminən 1 667 manata uyğun gəlir və bu hədd keçildikdən sonra sonrakı elektron köçürmələrin MMX-yə təqdim edilməsi ilə bağlı yanaşma birmənalı qarşılanmayıb.

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib.

Yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl nəzərdə tutulan bir təqvim ili üzrə 20 min manatlıq kumulyativ hədd ləğv edilib.

Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək.

Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində aparılan hər növbəti elektron köçürmə də MMX-yə təqdim olunacaq.

Beləliklə, əvvəlki redaksiyada nəzərdə tutulan illik 20 min manatlıq mexanizm aylıq 50 min manatlıq hədlə əvəzlənib. Bununla yanaşı, bir əməliyyat üzrə 20 min manat və daha yüksək məbləğdə elektron köçürmələr ayrıca hesabat predmeti olaraq qalır.

Qərarla qaydaların qüvvəyə minmə tarixi də dəyişdirilib. Əvvəl 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Xatırladaq ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə üzrə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu. Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

News thumbnail
iqtisadiyyat

"Qazprom" və "Srbijagas" Rusiya qazının tədarükünə dair müqaviləni ilin sonunadək uzadıb

News thumbnail
iqtisadiyyat

Türkiyə şirkəti Azərbaycan üçün yeni nəsil təlim təyyarəsi isrehsal edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək

Bugün, 17:28
News thumbnail
Bugün
iqtisadiyyat

Türkiyə şirkəti Azərbaycan üçün yeni nəsil təlim təyyarəsi isrehsal edib

Bugün, 17:28
News thumbnail
Bugün
cemiyyet

Yasamalda həm hazır, həm də tikintidə olan mənzillər: illik 8%-dən...

Bugün, 17:28
News thumbnail
Bugün
cemiyyet

Peşə məktəbini söküb yaşayış binası tikəcəklər?

Bugün, 17:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazanıblar

Bugün, 17:21
News thumbnail
Bugün
iqtisadiyyat

PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

Bugün, 17:20
News thumbnail
Bugün
siyaset

Bakıda bu binalar təmir ediləcək

Bugün, 17:20
News thumbnail
Bugün
dunya

Arzu Nağıyev: ADEX Azərbaycanın müdafiə sənayesi potensialını dünyaya nümayiş etdirən strateji platformadır

Bugün, 17:17
News thumbnail
Bugün
siyaset

Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər

Bugün, 17:16
News thumbnail
Bugün
siyaset

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Bugün, 17:15
News thumbnail
iqtisadiyyat

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazanıblar

News thumbnail
iqtisadiyyat

PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir