










Hüquqinfo.az bildirir ki,
Ukrayna Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdır və birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar təklif etməyə hazırdır.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və "Ukraine Invest" arasında Anlaşma Memorandumunun imzalanmasına dair "Facebook" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, bu razılaşma investisiya əməkdaşlığının dərinləşdirilməsi, işgüzar əlaqələrin inkişafı və Ukrayna ilə Azərbaycan biznesi üçün yeni imkanların yaradılması istiqamətində praktiki addımdır.
"Ukrayna Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdır, bərpa və infrastrukturdan tutmuş energetika, logistika, aqrar sektor, sənaye və texnologiyalara qədər birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar təklif etməyə hazırdır", - o qeyd edib.









