
Hüquqinfo.az bildirir ki,
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün doğma yurdumuza, öz torpağımıza qayıdırıq. Allah Prezidentimizin canını sağ eləsin, bizə bu günü yaşatdı”.
Bunu Hüquqinfo.az-ya açıqlamasında Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Nəcəf Cəfərov deyib.
“33 il ərzində o qədər yer dəyişdik ki, 20-dən çox yerdə yaşadıq. Qaçqınçılıq elə bir həyatdır ki, bunu yalnız qaçqın olanlar bilir. Bu, çox ağır həyatdır. Prezidentimiz bizi bu əziyyətdən, bu qaçqınçılıq həyatından azad etdi”, – o bildirib.
“Mən həyat yoldaşımla qayıdıram. Oğlum və nəvəm də öz maşınları ilə gələcəklər. Dövlət tərəfindən bizim üçün avtobuslar ayrılıb, bizi kəndimizə aparacaqlar”.










