
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov ölkənin Fessaliya bölgəsinə səfəri zamanı Larissada Fessaliya Bölgəsinin qubernatoru Dimitrios Kuretasla görüşüb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Arif Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.
Səfir bildirib ki, tərəflər Azərbaycanın regionları ilə Fessaliya Bölgəsi arasında aqrar-ərzaq, su idarəetməsi, turizm və mədəniyyət sahələrində əməkdaşlıq perspektivlərini, habelə təcrübə mübadiləsi və işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə ediblər.




