
Hüquqinfo.az bildirir ki,
Azərbaycan-Serbiya strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Siyasəti üzrə nazir müavini Milos Yonçiçlə görüşüb.
Tərəflər, həmçinin Azərbaycan–Serbiya strateji tərəfdaşlığının daha da intensivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Xatırladaq ki, ikitərəfli tərəfdaşlıq münasibətləri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla serbiyalı həmkarı Marko Curiçin görüşündə də müzakirə olunub.




