Hüquqinfo.az bildirir ki,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.
Hüquqinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
Bildirilib ki, görüş zamanı BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində fəal iştirakı və qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə vurğulanıb.









