








Hüquqinfo.az bildirir ki,
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Microsoft Word" və "Microsoft Excel" proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığına malik, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət və ya inzibati fəaliyyət üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Daxili İşlər Nazirliyinin kadrları sırasına qəbul edilərək onlara müvafiq xüsusi rütbə veriləcək.
Namizədlər 2026-cı il oktyabrın 14-dək DİN-in rəsmi internet saytında (www.mia.gov.az) yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını dolduraraq bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.








