
Hüquqinfo.az bildirir ki,
Bakı Şəhər Halqasında sayca 10-cu dəfə keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
Axar.az xəbər verir ki, əsas yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.
Qeyd edək ki, Formula-1 üzrə yarışın kubokunun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasını simvolizə edir.
Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, Formula-1-in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.










