Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezide...--:--
News
Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsind...--:--
News
"Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad H...--:--
News
Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - X...--:--
News
Güney Azərbaycanda yeni partiya yarandı--:--
News
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezide...--:--
News
Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsind...--:--
News
"Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad H...--:--
News
Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - X...--:--
News
Güney Azərbaycanda yeni partiya yarandı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib

Bugün, 18:03
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Rusiya Federasiyasında rəsmi səfərdə olan Baş prokuror Kamran Əliyev MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib.

Baş Prokurorluqdan Hüquqinfo.az-ya verilən məlumata görə, səfər çərçivəsində sentyabrın 30-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Azərbaycan Respublikasının hərbi prokuroru-baş prokurorun müavini Bəhruz Əhmədovun da daxil olduğu nümayəndə heyəti Kazan şəhərində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 36-cı iclasında iştirak edib. İclas çərçivəsində MDB məkanında prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin olunması, habelə beynəlxalq hüquqi əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

İclasda Kamran Əliyev “Xaricdən aktivlərin qaytarılması sahəsində müasir çağırışlar və yeni həllər” mövzusunda çıxış edərək, cinayət yolu ilə əldə edilmiş aktivlərin xarici yurisdiksiyalardan qaytarılması sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və praktiki mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.

Kamran Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərə ölkəmizdə yüksək önəm verildiyini qeyd edib. Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təmaslarının mühüm rol oynadığı vurğulanıb.

Həmçinin qeyd edilib ki, hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Görüş çərçivəsində konkret cinayət işləri üzrə hüquqi yardım məsələləri müzakirə edilib.

Yekunda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Laos Xalq Demokratik Respublikasının Baş prokuroru xanım Livonq Laoli ilə görüşüb. Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında ötən il imzalanmış Əməkdaşlıq Memorandumu əsasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında prokurorluq orqanlarının qarşılıqlı faydalı əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

Tədbir çərçivəsində, həmçinin MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş hərbi prokurorlarının dəyirmi masası keçirilmiş, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir. Bəhruz Əhmədovla dəyirmi masaya qatılan Rusiya Federasiyasının və Çin Xalq Respublikasının hərbi prokurorları arasında ikitərəfli görüşlər keçirilərək qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

News thumbnail
siyaset

Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

News thumbnail
siyaset

Güney Azərbaycanda yeni partiya yarandı

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

BTV Xəbər yeni mərhələyə keçir

Bugün, 17:55
News thumbnail
Bugün
iqtisadiyyat

"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı - FOTO

Bugün, 17:51
News thumbnail
Bugün
huquq

Netanyahu: “Flydubai”nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

Bugün, 17:49
News thumbnail
Bugün
siyaset

Ukrayna Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə hazırlaşır

Bugün, 17:47

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Türkiyə və Azərbaycanın birgə istehsal etdiyi qırıcı - Foto

Bugün, 17:44
News thumbnail
Bugün
dunya

"ADEX-2026": Türkiyə və Azərbaycanın birgə istehsalı olan qırıcı təyyarə ilk dəfə nümyaiş etdirilib

Bugün, 17:38
News thumbnail
Bugün
siyaset

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Bugün, 17:38
News thumbnail
Bugün
cemiyyet

İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb

Bugün, 17:33
News thumbnail
Bugün
son xeberler

Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub - FOTO

Bugün, 17:33
News thumbnail
Bugün
son xeberler

Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub

Bugün, 17:33
News thumbnail
siyaset

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

News thumbnail
siyaset

Ukrayna Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə hazırlaşır