Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Trampla görüşmək üçün BMT-nin binasındadır--:--
News
Tramp: Ukraynadakı münaqişə çoxlarının düşündüyündən da...--:--
News
Xamenei xalqa müraciət etdi--:--
News
Üç gün Bakı Dövlət Universitetində dərslər onlayn forma...--:--
News
Tramp İlham Əliyevdən sitat gətirdi--:--
News
Trampla görüşmək üçün BMT-nin binasındadır--:--
News
Tramp: Ukraynadakı münaqişə çoxlarının düşündüyündən da...--:--
News
Xamenei xalqa müraciət etdi--:--
News
Üç gün Bakı Dövlət Universitetində dərslər onlayn forma...--:--
News
Tramp İlham Əliyevdən sitat gətirdi--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək"

Bugün, 18:29
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Dağ-mədən və metallurgiya sahəsinin inkişafına yönəlmiş 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı qısa müddət ərzində iddialı məqsədlərə nail olmağı hədəfləyir.

Bunu "Hüquqinfo.az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib.

Onun fikrincə, bu proqram hər şeydən əvvəl regionların sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyası ilə sinerji yaradır: "Belə ki, Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının istismarına start verilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında isə geoloji kəşfiyyat işlərinə gələn ildən başlanılacaq. Bu istiqamətdə fəaliyyət həm dövlət xətti ilə – "AzerGold" vasitəsilə, həm də özəl sektorun iştirakı ilə reallaşdırılacaq. Avropa qitəsinin ən perspektivli yataqlarından biri sayılan Balakən rayonundakı "Filizçay" polimetal yatağının işlənilməsinə dair hazırlıq işləri artıq son mərhələdədir. Bundan əlavə, Qərb Sənaye Parkının yaradılması barədə dövlət başçısı tərəfindən sərəncam imzalanıb. Parkın başlıca məqsədlərindən biri dağ-mədən sənayesinin genişləndirilməsi, "Daşkəsən" filiz yatağının istismara cəlb edilməsi və ona yaxın ərazilərdə digər sənaye təşəbbüslərinin həyata keçirilməsidir".

P. Vəliyeva qeyd edib ki, dövlət başçısı dağ-mədən sahəsində xammal hasilatından hazır məhsulun istehsalına qədər tam dəyər zəncirinin formalaşdırılması ilə bağlı göstərişlər verib: "Bu, yalnız təbii sərvətlərin çıxarılmasını deyil, eyni zamanda onların ölkə daxilində emal olunmasını, yüksək əlavə dəyərin yaradılmasını və hazır məhsul buraxılışının genişləndirilməsini nəzərdə tutur. 2030-cu ilədək alüminium istehsalının 100 min ton həcminə çatdırılması da qarşıya qoyulmuş əsas hədəflərdəndir. Bu layihələrin reallaşdırılması Azərbaycanın qeyri-neft sektorunun güclənməsinə əhəmiyyətli töhfə verə bilər. Dağ-mədən sənayesinin genişlənməsi ixracda qeyri-enerji sektorunun payının artmasına, bu sahədən əldə edilən gəlirlərin yüksəlməsinə və ixrac imkanlarının böyüməsinə münbit şərait yaradacaq. Xüsusilə xammalın daxili bazarda emal edilərək daha yüksək əlavə dəyərli məhsullara çevrilməsi Azərbaycanın ixrac strukturunun diversifikasiyası baxımından böyük önəm daşıyır".

Deputat digər vacib istiqamətin xarici investisiyaların ölkəyə cəlb olunması olduğunu vurğulayıb: "Yeni yataqların istismara verilməsi, emal müəssisələrinin qurulması və sənaye infrastrukturunun inkişafı həm yerli, həm də beynəlxalq investorlar üçün yeni fürsətlər formalaşdıra bilər. Bu isə texnologiya ötürülməsinə, müasir idarəetmə praktikalarının mənimsənilməsinə və sahədə rəqabət qabiliyyətinin artmasına müsbət təsir göstərə bilər. Layihələrin Kəlbəcər, Ağdərə, Zəngilan, Balakən, Daşkəsən və Naxçıvan kimi fərqli regionları əhatə etməsi həmin ərazilərdə iqtisadi canlanmanın güclənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Xüsusilə işğaldan azad edilmiş torpaqlarda yeni sənaye obyektlərinin və istehsal zəncirlərinin yaradılması məşğulluğun təmin olunmasına, yerli sahibkarlığın inkişafına və regionların iqtisadi potensialından daha effektiv istifadəyə imkan yarada bilər".

Onun sözlərinə əsasən, gözləntilərdən biri də yeni iş yerlərinin açılmasıdır: "İlkin hesablamalara görə, bu layihələrin icra edilməsi nəticəsində 5 mindən artıq yeni iş yerinin yaradılması ehtimal olunur. Bununla yanaşı, mədənçiliklə birbaşa əlaqəli olmayan logistika, nəqliyyat, tikinti, xidmət və digər sahələrdə də əlavə məşğulluq imkanlarının meydana gəlməsi gözlənilir.

Dağ-mədən sənayesinin böyüməsi dövlət büdcəsinə daxilolmalar nöqteyi-nəzərindən də əhəmiyyət kəsb edir. Yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində sektor üzrə vergi daxilolmalarının artması, ixrac gəlirlərinin yüksəlməsi və iqtisadi dövriyyənin genişlənməsi mümkün hesab edilir. İlkin proqnozlara əsasən, layihələrin illik müsbət maliyyə effektinin 1 milyard manatı aşması gözlənilir. Dövlət büdcəsinə əlavə daxilolmalar isə yeni sosial paketlərin icrasına şərait yarada bilər".

P. Vəliyeva vurğulayıb ki, qarşıdakı dövrdə dağ-mədən sənayesinin inkişafı yalnız yeni yataqların istismarı kontekstində dəyərləndirilməməlidir: "Bu proses Azərbaycan iqtisadiyyatının diversifikasiyası, qeyri-neft və qeyri-enerji sektorunun möhkəmləndirilməsi, ixrac potensialının gücləndirilməsi, investisiyaların cəlb olunması və regionlarda iqtisadi aktivliyin artırılması üçün əhəmiyyətli imkanlar açacaq. Eyni zamanda, iqtisadi mənfəətin əldə edilməsi ilə paralel olaraq ətraf mühitin mühafizəsi əsas prioritet kimi qorunmalıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın ən dəyərli sərvəti onun təbiətidir. Buna görə də yataqların işlənilməsi prosesində ekoloji ekspertizanın yüksək standartlarda aparılması, qabaqcıl texnologiyaların istifadə olunması və bütün ekoloji norma və tələblərə ciddi riayət edilməsi dağ-mədən sənayesinin uzunmüddətli və dayanıqlı inkişafının əsas şərtlərindən birini təşkil edir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Trampla görüşmək üçün BMT-nin binasındadır

News thumbnail
siyaset

Xamenei xalqa müraciət etdi

News thumbnail
siyaset

Üç gün Bakı Dövlət Universitetində dərslər onlayn formada təşkil olunacaq

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Pakistan təhlükəsizlik qüvvələri 6 yaraqlını öldürüb

Bugün, 18:57
News thumbnail
Bugün
dunya

Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik

Bugün, 18:55
News thumbnail
Bugün
iqtisadiyyat

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib

Bugün, 18:54
News thumbnail
Bugün
dunya

Xamenei ABŞ və İsrailə qarşı mübarizədə elmin rolunu qabardıb

Bugün, 18:51

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Erməni idmançı UFC-dən kənarlaşdırıldı

Bugün, 18:50
News thumbnail
Bugün
siyaset

Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi

Bugün, 18:47
News thumbnail
Bugün
siyaset

Beş mindən çox yeni iş yeri yaradılacaq - Prezident

Bugün, 18:46
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib

Bugün, 18:43
News thumbnail
Bugün
dunya

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Bugün, 18:35
News thumbnail
Bugün
siyaset

“Cəmi 4 il ərzində icra edilməlidir”

Bugün, 18:35
News thumbnail
siyaset

Tramp İlham Əliyevdən sitat gətirdi

News thumbnail
siyaset

Sabahdan BDU-nun bəzi fakültələri onlayn rejimə keçir