
Hüquqinfo.az bildirir ki,
Qətər husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ballistik raket hücumunu qətiyyətlə pisləyib.
Axar.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Qətər qardaş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada husilərin ballistik raket hücumunu, eləcə də qrupun Bişa, Taif, Xurs və Yanbu şəhərlərində mülki şəxsləri və obyektlərə zərbə endirmək cəhdlərini qətiyyətlə pisləyir", - bəyanatda deyilir.










