
Hüquqinfo.az bildirir ki,
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur.
Belə ki, ərazidəki evlər işarələnib, bu isə o deməkdir ki, hər biri artıq plandadır.
Sakinlər bildirib ki, burada 18 ev var: “Kompensasiya 2700 manatdan təklif olunub. Daha sonra qərar dəyişdi, dedilər ki, evin qiymətinə əsasən hesablanacaq, bu bizi qane edir”
Vətəndaşlar qeyd edib ki, evlərin sökülməsi nəzərdə tutulsa da, hələ nə zaman olacağı məlum deyil.
Söküləcək tikililərin yerində salınacaq layihə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi ilə Qaradağ rayonu istiqamətindəki yol birləşəcək: “Mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihə əsasən ərazidə tunel tipli yol ötürücüsü, dairəvi hərəkətin təşkil olduğu yol ayrıcı, eləcə də Qaradağ istiqamətinə yan yol yaradılacaq”.










