
Sizi və ailə üzvlərinizi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın azadlıq iradəsinin, dövlətçilik ənənələrinin və milli oyanışının təntənəsi idi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçiliyimizin təməl daşlarını qoymuş, xalqımıza demokratiya, hüquq və azadlıq anlayışlarını miras qoymuşdur.
Bu gün müstəqil Azərbaycan Respublikası öz tarixi varisliyini qürurla davam etdirir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan müasir dövlətimiz, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişafının ən yüksək zirvəsinə çatıb. Hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı və beynəlxalq nüfuzumuz ölkəmizin gələcəyinə olan inamımızı daha da artırır.
“Huquqinfo.az” Media Mərkəzi olaraq, biz də vətəndaşlarımızın hüquqi maariflənməsi, dövlətçiliyimizin qorunması və cəmiyyətimizin hüquqi mədəniyyətinin yüksəldilməsi istiqamətində öz töhfəmizi verməyə çalışırıq. Müstəqilliyimizin əbədiliyini qorumaq, hüquqi dövlət prinsiplərinə sadiq qalmaq hər birimizin vətəndaşlıq borcudur.
Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
Dərin hörmətlə,
Valeh Rufullayev Huquqinfo.az Media Mərkəzinin rəhbəri
