
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə Slovakiya Respublikasına rəsmi səfər edib .
Bratislavada rəsmi qarşılanma mərasimi keçirilib. General-polkovnik Zakir Həsənov şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin qarşısından keçib.
General-polkovnik Zakir Həsənov Slovakiya Respublikası Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Rəsmilər həmçinin hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün gələcək imkanlar barədə fikir mübadiləsi aparıblar.




