Hörmətli Hacı Xalıq Bəşər!
Bu gün sizin doğum gününüzdür! Dövlətçilik, hüquq, mənəviyyat və elm sahəsindəki fədakar xidmətləriniz, zəngin ömür yolunuz və xalqımızın gələcəyinə verdiyiniz əvəzsiz töhfələrə görə sizi səmimi qəlbdən təbrik edirik.
Bu əlamətdar gün münasibətilə HUQUQİNFO.AZ veb-saytının rəhbəri Valeh Rufullayev tərəfindən çoxillik səmərəli fəaliyyətiniz və hüquq sahəsindəki xidmətləriniz yüksək qiymətləndirilərək sizə “Fəxri Diplom” təqdim olunur.
Sizə möhkəm cansağlığı, uzun ömür, şəxsi həyatınızda və elmi-ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Doğum gününüz mübarək olsun!
Hörmətlə,
HUQUQİNFO.AZ Veb-saytının rəhbərliyi
Valeh Rufullayev




