
Hüquqinfo.az bildirir ki,
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda minik avtomobili ilə toqquşan TIR-ın dayanacağın üstünə aşması nəticəsində iki nəfər həyatını itirib.
“Hüquqinfo.az” “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib.
Hadisə nəticəsində dayanacaqda olan 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyova yük maşınının altında qalaraq ölüb.










