
Hüquqinfo.az bildirir ki,
Rusiya Federasiyasının (RF) Arxangelsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı 14 nəfərə çatıb.
"Hüquqinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Pomoryenin səhiyyə naziri Dmitri Boqdanov bildirib.
"Reanimatoloqların bütün səylərinə baxmayaraq, pasiyenti xilas etmək mümkün olmadı", - region hökumətinin "Telegram" kanalında onun sözləri sitat gətirilir.
Şimali Arktika Federal Universitetinin 22 yaşlı tələbəsi Viktoriya Dunayeva vəfat edib.
Xatırladaq ki, sentyabrın 11-də M-8 avtoyolunda oduncaq daşıyan "KamAZ" markalı meşədaşıyan yük avtomobili, avtobus və minik avtomobili toqquşub.










