
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın Moskva bürosu xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin vurduğu dronun qalıqları “Sadovod” Ticarət Mərkəzinin birinci sırasının damına düşüb.
Ticarət mərkəzində çalışan azərbaycanlı sahibkarlar Hüquqinfo.az-ya açıqlamasında mağazaların müvəqqəti bağlandığını, səhər saat 10-dan sonra onların ticarət mərkəzinə buraxıldıqlarını söyləyiblər.
Qeyd edək ki, Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı Zavodu və “Sadovod” bazarı yaxın məsafədə yerləşirlər. Neft emalı zavodunu hədəf alan dronların qalığının ticarət mərkəzinə düşdüyü bildirilib.










