Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Ata, məni məktəbdən qoru...

Dünən, 15:22
News thumbnail

Hüquqinfo.az bildirir ki,

- Qızım, yutubda “Məktəbdən qorunma duası” var, onu dinlə. Sonra da bir-iki fənd var, onları da ata öyrədər sənə, əlinin tərsi ilə qorunarsan.

Güldük, sonra bir daha onunla məktəb barədə danışdıq. Vəziyyətin hər gün dramatikləşməsinin səbəblərini bir daha soruşdum. Bir daha dedi ki, ata, müəllimin dediklərinin hamısını başa düşürəm, ancaq heç biri mənə maraqlı deyil. Əsnəməyim gəlir... Yuxum gəlir... Pəncərəyə baxıram ki, yuxum qaçsın, onda da müəllim irad bildirir. Çox sıxılıram.

Təbii, belə dialoqlar zamanı ona qəti haqq qazandırmıram, mümkün qədər uyğun variantlar deyirəm.

Axı bu təkcə Asiyanın problemi deyil... Düzdür, Avropada bu problem yoxdur, ancaq ətrafımda kimə bu hadisəni danışıram, hamı yaylıq götürüb ağlayır.

Bu mətni yazmadan əvvəl sosial şəbəkədə test yazısı paylaşdım. Ən birinci hayqıranlar müəllimlər oldu. Demək, qorunmaq istəyən, məktəbi artıq təhlükə kimi görən təkcə mənim qızım deyil.

Bu müqəddəs mövzunun fərdiləşməyini istəmirəm, ancaq silsilə örnək gətirməyə məcburam, bunu deyən qızım heç də hafizəsiz, passiv uşaq deyil. Asiya mənimlə saatlarla söhbət edir, məni zarafatları ilə güldürür, planları ilə həyəcanlandırır, analizi ilə heyrətləndirir. Demək istəyirəm ki, bu hayqırtı qabiliyyəti zəif olan bir uşağın valideynindən qopmur.

Fundamental yanlışlığın içində naziri, təhsil işçilərini günahlandırıb toxtamaq fikrim yoxdur. Bu işdə hamımızın təqsiri var, sözsüz. Məşhur mahnıda deyildiyi kimi:

Ancaq bu strateji problemi aradan qaldıracaq gücləri saf-çürük edəndə hamımızın məsuliyyəti, problemə müdaxilə qüdrəti eyni qədər deyil – bu da sözsüz həqiqətdir. Qırılmağa doğru gedən bu çarxı zamanında ayrı istiqamətə döndərmək lazımdır. Çarx hayana dığırlansa, o yana itələmək, məsuliyyətdən qaçmağa son qoymaq lazımdır.

Bu gedişatda çox ciddi yanlışların olduğu açıqdır. Övladlarımız ən dəyərli dövrlərində, ən dəyərli məkanda paradoksal hisslər keçirir. Öyrənməli, realizə olunmalı məkanda yuxuları gəlir, mənasız dəqiqələr keçirərək körpə beyinlərini korşaldırlar.

Əminəm ki, metodologiya ilə bağlı ölkəmizdə akademik bilgiyə malik kadrlar var, bu gedişatı, yaşadığımız bu problemi həll edə biləcək beyinlərə sahibik.

Məktəbi uşaqlarımızın qorunmalı olduğu yerdən, öyrənməli və böyüməli olduğu yerə çevirək. Çünki bir qız uşağının məktəbdən qorunmaq istəməsi və bunu atasına deyə bilməsi, artıq ciddi xəbərdarlıqdır.

Onsuz da, qadınımızın ömrünün böyük hissəsi qorunmaqla keçir; heç olmasa uşaqlığında, həyatının ən ülvi çağında, ən ülvi məkandan qorunmaq məcburiyyətində qalmasın. Belə davam etsə, yaxın illərdə təhsildə nəyisə düzəltmək daha çətin olacaq. Çünki onda uşaqlarımızı nədən qorumalı olduğumuzu özümüzdən bir daha soruşmaq vaxtı yetişəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib

News thumbnail
cemiyyet

Dağı saniyələr içində çaya uçdu

News thumbnail
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
cemiyyet

Xərçəng və diabetdən belə qorunun...

News thumbnail
cemiyyet

Maskın raketi suya düşərək partladı