Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Cabir İmanovun vəfatından 1 il ötür--:--
News
Aİ Şurasının COEST işçi qrupunun nümayəndə heyəti Azərb...--:--
News
Türkiyə İran təyyarəsini müsadirə etdi--:--
News
Qoz ağacından yıxılıb öldü--:--
News
“Rosatom”un baş direktoru Ermənistandadır, Paşinyanla g...--:--
News
Cabir İmanovun vəfatından 1 il ötür--:--
News
Aİ Şurasının COEST işçi qrupunun nümayəndə heyəti Azərb...--:--
News
Türkiyə İran təyyarəsini müsadirə etdi--:--
News
Qoz ağacından yıxılıb öldü--:--
News
“Rosatom”un baş direktoru Ermənistandadır, Paşinyanla g...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Atan yorulub, Asiya

Bugün, 12:59
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bunu hələ o zaman milləti cəhalətdən xilas etmək üçün çarpışan, ələlxüsus da qızların təhsil alması üçün mollaların hücumlarına baxmayaraq, həyatını riskə atıb məktəblər açan, mərifət bağlarını gözünün nuru ilə sulayan maarifçi Məhəmməd Tağı Sidqi demişdi. O eyni zamanda publisist, şair idi.

Dünən isə yazıçı, şair, publisist, jurnalist Sərdar Amin “Ata, məni məktəbdən qoru” başlıqlı mətn yazıb, məktəbi, təhsili guya tənqid edib.

“Qızım mənə “ata, məni məktəbdən qoru”, – dedi, mən də ona “YouTube”dan “Məktəbdən qorunma duası”nı dinlə və bir-iki fənd var, onu da atan öyrədər”, – nəsihətini etdim”,– yazır.

Avraam Linkolnun oğlunun müəlliminə, Çarli Çaplinin qızına yazdığı məktubları oxumamış olmazsan, Sərdar Amin. Şiddətlə tövsiyə edirəm, yenə oxu!

Bəlkə, ancaq o zaman başa düşərsən... Anlayarsan ki, bir atanın qızına verəcəyi ən böyük hədiyyə təhsil və tərbiyədir. Məktəb, müəllim barədə bir qızcığazın düşüncəsində yanlış fikirlər formalaşdırmaq, onu ucaltmaz, onu daha tərbiyəli, daha savadlı etməz, Sərdar Amin!

“Bu mətni yazmadan əvvəl sosial şəbəkədə test yazısı paylaşdım. Ən birinci hayqıranlar müəllimlər oldu”, - yazırsan. “Müəllim” və “hayqırmaq” sözlərini eyni cümlədə sənə yazdıran nədir?! Əlindən tutub sənə yazmağı öyrədən müəllimlərinə olan vəfa borcunmu?!

Asiyanın “dərsdə məni yuxu basır, yoruluram” sözləri mənə məktəb illərimi xatırlatdı. Hələ 2-ci sinifdə ikən orta məktəb dərslərimi bitirib, musiqi öyrənmək üçün günortadan sonra kənddən rayon mərkəzinə 12 kilometr yol qət edir, qışda, qar-boranda axşam saatlarında evə qayıdır, gecələri isə lampa işığında sabahın dərslərinə hazırlaşırdım. Asiya, yəqin, evinin yaxınlığındakı məktəbə gedir, günorta da evinə qayıdır. Bəlkə də, bu qədər çətinlik görməz.

Ona “Qızım, həyat mübarizədir, bilik göydən zənbillə düşmür! Əlbəttə ki, çətin mövzular olacaq, amma səbirlə dərsləri dinlə, yuxun gəlirsə, mürgüləyirsənsə, axşam erkən saatlarda yat”, - deyə tövsiyə etməyin daha yaxşı olardı!

Ona “Məktəb evdir, məktəb ailədir, məktəb dostluqdur, sevgidir, həyatı, çətinlikləri, ən əsası da səbri öyrəndiyimiz yerdir", - deyə nəsihət et. Səbirli olmağı öyrət!

Məktəbin mənasız olduğunu, körpə beyinləri korşaltdığını yazırsan. Mənasız olan nədir? Riyaziyyatmı? Coğrafiyamı? Dilimizmi? Yoxsa Vətənimizin tarixi?

Ona məktəb olmayan vaxtlarda necə olduğumuzdan, “Həzrət Abbasa məktub yazıb çaya atan və bunun Bağdada çatacağına” inanan beyinlərin təsirində qaldığımız günlərdən danış! Mirzə Cəlillərdən, Abdulla Şaiqlərdən, Firudin bəy Köçərlilərdən, Sürəyya xanım Ağaoğludan danış!

Sadəcə bir şeyi anla ki, zaman keçmişə axmır, gələcəyə axır. İndi kompüter, süni intellekt dövrüdür. Hər şeyi öz arşınınla ölçmə. Əminəm ki, Asiya “Tutu, topu tut”u artıq 1 yaşından bilirlər. Zamanla ayaqlaşa bilməsi üçün ona yeni biliklər, yeni məlumatlar, yeni bacarıqlar lazımdır. Məktəb də, dərslər də, dərsliklər də bunun üçün yenilənir, təkmilləşir. Müəllimləri də Asiyanı daha parlaq, daha işıq gənc kimi yetişdirmək üçün çalışırlar.

Görünür atan yorğun olduğu üçün belə deyib, gözəl Asiya! Ona görə də, verdiyi tövsiyə bir qədər korşalmış ola bilər. Atanı sev,

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Cabir İmanovun vəfatından 1 il ötür

News thumbnail
cemiyyet

Bakıda bu ərazidə evlərin bir qismi söküləcək - Video

News thumbnail
cemiyyet

Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib, yanğın başlayıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə ömürlük həbs cəzası haqqında qanun layihəsi I oxunuşdan keçib

Bugün, 12:56
News thumbnail
Bugün
idman

Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası beynəlxalq yarışda medal qazanıb

Bugün, 12:54
News thumbnail
Bugün
dunya

Dağlıq ərazilərə qar yağacaq

Bugün, 12:52
News thumbnail
Bugün
dunya

Ermənilərin LGBT formalı milli geyimi – Tarixi görüntülər

Bugün, 12:52

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Estoniya “Milrem Robotics”dəki yanğının Rusiyanın sifarişi ilə törədilmiş diversiya aktı olduğunu bildirir

Bugün, 12:50
News thumbnail
Bugün
dunya

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Bugün, 12:50
News thumbnail
Bugün
dunya

Ukrayna ordusunda yoxlamalara başladı

Bugün, 12:50
News thumbnail
Bugün
son xeberler

“Ana, atam atəş açır, bizi öldürəcək...”

Bugün, 12:50
News thumbnail
Bugün
huquq

Böyük Britaniyada mütəşəkkil cinayətkarlıqla mübarizə əməliyyatında 17 nəfər saxlanılıb

Bugün, 12:46
News thumbnail
Bugün
siyaset

İşıqforun müddəti artdırıldı, tıxacın uzunluğu azaldı

Bugün, 12:45
News thumbnail
cemiyyet

"Sumqayıt" basketbolçu Azər Əzimovla anlaşıb

News thumbnail
cemiyyet

İqtisadçı ekspert vəfat etdi