Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bakıda bu ərazidə evlərin bir qismi söküləcək - Video--:--
News
Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib, yanğ...--:--
News
Atan yorulub, Asiya--:--
News
"Sumqayıt" basketbolçu Azər Əzimovla anlaşıb--:--
News
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə ömürlük həb...--:--
News
Bakıda bu ərazidə evlərin bir qismi söküləcək - Video--:--
News
Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib, yanğ...--:--
News
Atan yorulub, Asiya--:--
News
"Sumqayıt" basketbolçu Azər Əzimovla anlaşıb--:--
News
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə ömürlük həb...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

“Ana, atam atəş açır, bizi öldürəcək...”

Bugün, 12:50
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Tanınmış bloqer Oksana Samoylova və reper Ciqanın böyük qızı 15 yaşlı Ariela ilk dəfə atasının narkotik asılılığı, onun psixi pozuntuları və yaşadığı zorakılıq haqqında ətraflı danışıb.

“Hüquqinfo.az” xəbər verir ki, Kseniya Sobçakın kanalına verdiyi müsahibədə Ariela həmçinin bu ilin yayında atasının evdə atışma törətməsi və öz işçilərini girov götürməsinin detallarını açıqlayıb.

Ariela atasının həmin gecə narkotik vasitələrin təsiri altında olduğunu bildirib. O, əvvəlcə kiçik bacısı Mayaya gizlənməyi tapşırdığını, sonra isə digər bacısı Leya ilə birlikdə pəncərədən Ciqanın mühafizəçiyə atəş açmağa başladığını gördüklərini söyləyib: “Maya nə baş verdiyini anlayırdı. Çox qorxmuşdum, başa düşürdüm ki, əgər gizlənsəm, daha pis olacaq. Maya və Leya üçün məsuliyyət mənim üzərimdə idi. Sonra anam yazdı ki, indi onun dalınca gələcəklər. O bizə gizlənməli olduğumuzu söylədi”.

Oksana Samoylovа isə öz növbəsində müsahibədə qızı ilə hadisə zamanı apardığı yazışmanı göstərib. Arielanın mesajları onun nə qədər qorxduğunu və yaxınlarının həyatı üçün narahat olduğunu göstərir.

“Ana, biz öləcəyik... O, dəli olub... Tez ol, xahiş edirəm... Qoy bu alçağı həbs etsinlər... O, atəş açır... Başladı... O bizi kilidləyib... Ana, xahiş edirəm, yalvarıram... Xahiş et, kimsə gəlsin... Səni çox sevirəm... O gəlir bizi vurmağa... O bizi öldürəcək”, - Ariela anasına yazıb.

Bununla yanaşı, Ariela atasının narkotik vasitənin təsiri altında ilk dəfə olmadığını etiraf edib. Onun sözlərinə görə, belə bir hal hələ 2020-ci ildə, Oksana kiçik oğlu Davidə hamilə olduğu zaman baş verib. Həmin vaxt atası narkotik maddələrin təsiri altında küçədə çılpaq gəzməyə başlayıb. Qız Ciqanın 2023-cü ildə də oxşar psixi pozuntu yaşadığını, həmin vaxt tüfəngi Samoylovaya yönəltdiyini söyləyib.

O etiraf edib ki, məhz 2023-cü ildə atasının uzunmüddətli gedişindən sonra ilk dəfə onsuz həyatın nə qədər sakit ola biləcəyini hiss edib. Ariela daim anasının və kiçik qardaş-bacılarının təhlükəsizliyi barədə narahat olduğunu söyləyib: “Ondan qorxuram. Qorxuram ki, anamı, uşaqları öldürəcək. Ona etibar etmək olmaz, onun şüuru dəyişib. Ailəsi və uşaqları var, amma yenə də narkotik qəbul etməyi seçir”.

Xatırladaq ki, daha əvvəl Ciqanın yayda Moskva vilayətindəki evində atışma törətdiyi və öz işçilərini girov götürdüyü məlum olub. Baş verənlər fonunda Oksana Samoylovа uşaqlar üzərində fərdi qəyyumluq əldə etmək və keçmiş ərinin valideynlik hüquqlarını məhdudlaşdırmaq üçün məhkəməyə müraciət edib. Reperin özü ittihamları rədd edərək onları yalan adlandırıb. O, malikanədə baş verənlərin musiqi klipinin çəkilişi ilə bağlı olduğunu iddia edib. Hazırda Ciqan İsraildə müalicə kursu keçir.

2012-ci ilin dekabr ayında ailə həyatı quran Ciqan və Oksana Samoylova bu ilin aprel ayında boşanıblar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

Atasının atışma törətdiyi gecədən danışdı

News thumbnail
son xeberler

Bakının bu ərazisində evlər işarələnib, sökülməsi gözlənilir

News thumbnail
son xeberler

Turşu hazırlayarkən yıxıldı

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Böyük Britaniyada mütəşəkkil cinayətkarlıqla mübarizə əməliyyatında 17 nəfər saxlanılıb

Bugün, 12:46
News thumbnail
Bugün
siyaset

İşıqforun müddəti artdırıldı, tıxacın uzunluğu azaldı

Bugün, 12:45
News thumbnail
Bugün
dunya

Sabah Bakıda yağış yağacaq

Bugün, 12:42
News thumbnail
Bugün
cemiyyet

İqtisadçı ekspert vəfat etdi

Bugün, 12:40

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Ukraynadan hiyləgər plan: Ruslar belə aldadıldı - Video

Bugün, 12:39
News thumbnail
Bugün
iqtisadiyyat

FHN Mərkəzi Neftçilər Xəstəxanasında təlim keçirəcək

Bugün, 12:33
News thumbnail
Bugün
siyaset

Ukrayna Rusiya-Belarus sərhədinə dron hücumu edib

Bugün, 12:33
News thumbnail
Bugün
idman

Türkiyəli mütəxəssis millimizin baş məşqçisi oldu

Bugün, 12:32
News thumbnail
Bugün
cemiyyet

Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb

Bugün, 12:30
News thumbnail
Bugün
idman

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı

Bugün, 12:27
son xeberler

24 yaşlı qadın pilləkəndən yıxıldı, əlindəki bıçaq qarnına batdı

News thumbnail
son xeberler

Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb