Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bərdədə 26 yaşlı oğlan qətlə yetirildi--:--
News
Burada çoxunun gözü qapıdadır...--:--
News
Miyanküdəki məktəbdə transformator problemi həll olundu--:--
News
Bakıda evdən meyit tapıldı--:--
News
Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib--:--
News
Bərdədə 26 yaşlı oğlan qətlə yetirildi--:--
News
Burada çoxunun gözü qapıdadır...--:--
News
Miyanküdəki məktəbdə transformator problemi həll olundu--:--
News
Bakıda evdən meyit tapıldı--:--
News
Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Bugün, 09:35
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Universiteti ilə Pakistanın Northern Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Hüquqinfo.az” xəbər verir ki, sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Northern Universitetinin prezidenti Taha Jamil Sawar imzalayıblar.

Memorandumun imzalanmasından əvvəl tərəflər arasında görüş keçirilib. Görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlığın mümkün istiqamətləri və inkişaf perspektivləri, akademik, elmi və institusional əlaqələrin qurulması və inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunub, birgə fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səadət Əliyeva qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq reytinqlərdəki mövqeyi, beynəlxalq akkreditasiyadan keçmiş təhsil proqramları, prioritetləri haqqında məlumat verib. O, Azərbaycan Universitetinin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərə toxunub, universitetin stratejik hədəflərini diqqətə çatdırıb. Rektor qeyd edib ki, beynəlxalq əməkdaşlıqlar ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynayır və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycan Universitetinin strateji hədəfləri arasında aktuallığını qoruyur.

Taha Jamil Sawar Northern Universitetinin fəaliyyəti, Pakistanın ali təhsil sistemi, ölkədə üstünlük verilən ixtisaslar və əmək bazarının tələbləri haqqında məlumat verib, informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və tibb sahələrinə marağın yüksək olduğunu bildirib. O, Bakıda olmaqdan məmnunluğunu ifadə edib, əməkdaşlığın hər iki universitet üçün faydalı olacağını bildirib.

Görüşdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova da iştirak ediblər.

Qeyd edək ki, Memorandumun məqsədi Azərbaycan Universiteti ilə Northern Universiteti arasında qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulması, genişləndirilməsi və inkişaf etdirilməsidir. Memorandumda tərəflər arasında müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, akademik mobillik imkanlarının artırılması, birgə layihə, elmi və akademik tədbirlərin təşkili, o cümlədən birgə elmi tədqiqatların aparılması kimi məsələlər öz əksini tapıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Burada çoxunun gözü qapıdadır...

News thumbnail
cemiyyet

Miyanküdəki məktəbdə transformator problemi həll olundu

News thumbnail
cemiyyet

“Heç kimin fikrini çəkmirəm, qoy mənim dərdimi çəksinlər”

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

"ASAN xidmət" modeli Dominikanda tətbiq olunacaq

Bugün, 09:39
News thumbnail
Bugün
siyaset

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Bugün, 09:37
News thumbnail
Bugün
siyaset

Prezident: Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə xidmət edir

Bugün, 09:37
News thumbnail
Bugün
siyaset

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Bugün, 09:36

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb

Bugün, 09:34
News thumbnail
Bugün
dunya

İranın Məşhəd şəhərində 2 etirazçı edam olunub

Bugün, 09:29
News thumbnail
Bugün
dunya

Bakıda iki mühüm sərgi işə başladı

Bugün, 09:28
News thumbnail
Bugün
siyaset

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - VİDEO

Bugün, 09:26
News thumbnail
Bugün
idman

Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verilir

Bugün, 09:21
News thumbnail
Bugün
cemiyyet

Elvin Cəfərquliyev Kərbəlaya yola düşdü

Bugün, 09:20
News thumbnail
cemiyyet

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

News thumbnail
cemiyyet

Elvin Cəfərquliyev Kərbəlaya yola düşdü