
Hüquqinfo.az bildirir ki,
"ADEX-2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Axar.az xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində üç gün davam edəcək sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub.
Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - Video 29 Sentyabr 23:39









