Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Azərbaycan Universitetində Anım Gününə həsr olunmuş tədbir

Dünən, 17:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş növbəti tədbir keçirilib.

“Hüquqinfo.az” xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, şəhid ailələri və qazilər iştirak edib.

Tədbirin rəsmi hissəsində dövlət himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açıb. Prorektor çıxışında qeyd edib ki, 2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının yaddaşına həm çox dərin hüzn, həm də böyük qürur və fəxarət mənbəyi kimi yazılıb. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını və Azərbaycan xalqının iradəsini yerinə yetirib, tarixi ədaləti bərpa edib. Qazanılan tarixi zəfər təkcə hərbi qələbə deyil, Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpasına gedən yolu müəyyənləşdirən, regiondakı reallıqları dəyişdirən və Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyan mühüm tarixi hadisədir.

Prorektor çıxışında Vətən müharibəsində qazanılan tarixi Zəfərin müasir Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün gənclərin qarşısında yalnız Zəfər tarixini yaşatmaq deyil, həm də öz fəaliyyəti, biliyi və əməyi ilə ölkənin inkişafına töhfə vermək vəzifəsi dayanır. Müasir Azərbaycan gənci təhsildə, ictimai həyatda və əmək fəaliyyətində özünü inkişaf etdirməli, hər sahədə ən yaxşılar sırasında olmağa çalışmalıdır.

Ardınca Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təsisçisi Ayxan Şahbazsoy; Aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı; “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon filialının nümayəndəsi, Vətən müharibəsi iştirakçısı Nicat İsmayılov; Aprel döyüşləri iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musəvi və Kamil Zeynallı çıxış edib. Çıxışlarda bildirilib ki, 27 Sentyabr – Anım Günü Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən bütün şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Onların Vətən uğrunda göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Azərbaycan xalqı öz şəhidlərini və qazilərini heç vaxt unutmayacaq.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib

News thumbnail
cemiyyet

Dağı saniyələr içində çaya uçdu

News thumbnail
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

News thumbnail
cemiyyet

Xərçəng və diabetdən belə qorunun...

News thumbnail
cemiyyet

Maskın raketi suya düşərək partladı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35