Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

BP "Dərinsulu Günəşli"də yeddi sualtı quyuda müdaxilə əməliyyatlarını yekunlaşdırıb

Dünən, 12:32
News thumbnail

Hüquqinfo.az bildirir ki,

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Dərinsulu Günəşli" sahəsində həyata keçirilən çoxquyulu sualtı müdaxilə kampaniyasını müvəffəqiyyətlə yekunlaşdırıb.

"Hüquqinfo.az" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə quyular üzrə vitse-prezidenti Rassel Morris bildirib.

Onun sözlərinə görə, şirkət ötən ilin oktyabr ayında AÇG-nin "Dərinsulu Günəşli" sahəsində çoxquyulu sualtı müdaxilə kampaniyasına start verildiyini bəyan edib: "Bu gün məmnuniyyətlə qeyd edirəm ki, kampaniya uğurla yekunlaşdırılıb, bütün nəzərdə tutulan hədəflərə təhlükəsizlik qaydalarına riayət olunmaqla nail olunub və əməliyyat qrafikdən təqribən bir ay tez başa çatdırılıb".

R. Morris bildirib ki, kampaniya çərçivəsində əvvəllər ənənəvi müdaxilə metodları ilə əlçatılması çətin sayılan yeddi sualtı quyu əhatə olunub: "Bu quyularda müdaxilə işlərini tamamlamaqla biz səmərəli monitorinq həyata keçirə, lay təzyiqinin idarə edilməsi və hasilat həcminin artırılması üçün imkanları aşkarlaya bildik ki, bu da yatağın əlavə potensialının üzə çıxarılmasına töhfə verib".

BP-nin vitse-prezidenti qeyd edib ki, bu uğuru xüsusilə diqqətəlayiq edən onun reallaşdırılma tərzidir: "Kampaniya BP-nin Xəzərdəki əməliyyatlarında quyuya dikborusuz yüngül müdaxiləsi (RLWI) texnologiyasının ilk tətbiqini özündə əks etdirib. Bunu gerçəkləşdirmək üçün "Xankəndi" sualtı tikinti gəmisi cəmi bir neçə ay ərzində müvəffəqiyyətlə yüngül quyu müdaxiləsi gəmisinə (LWIV) transformasiya edilib ki, bu da iştirak edən komandaların təsirəedici nailiyyəti olub.

Bu transformasiyanın əsas elementi "Xankəndi" gəmisində "moonpool" sisteminin quraşdırılması və ilk dəfə istismara verilməsi idi. Gəminin mərkəz xətti yaxınlığında mövqelənən "moonpool" gövdə boyunca qorunan şaquli keçid yaradır və sualtı avadanlığın, uzaqdan idarə olunan sualtı aparatların və müdaxilə alətlərinin bilavasitə dəniz dibinə təhlükəsiz endirilməsinə şərait yaradır".

BP rəsmisinin fikrincə, əməliyyatın özəyində "Oceaneering" şirkətinin BORIS sistemi ("Blue Ocean Riserless Intervention System") dayanırdı: "Bu, ənənəvi qazma RLWI-dan istifadəyə ehtiyac olmadan sualtı quyulara girişi mümkün edən təkmilləşdirilmiş sualtı mexaniki kabelli müdaxilə sistemidir. Təqribən 50 ton ağırlığında olmasına baxmayaraq, BORIS gəmidə müvəffəqiyyətlə yerləşdirilib və müdaxilə əməliyyatları boyunca çoxsaylı müstəqil quyu baryerlərini qoruyaraq quyu nəzarətini, təzyiqin saxlanılmasını və tam sualtı idarəetməni təmin edib.

Bu yüksək dərəcədə mürəkkəb layihə BP-nin və əsas podratçılarımızdan bəzilərinin, o cümlədən "Saipem", "Oceaneering" və SLB-nin mühəndislik, sualtı texnologiyalar, gəmi əməliyyatları, istehsal, logistika və quyu xidmətləri sahələrindəki təcrübəsini vahid platformada birləşdirib".

R. Morris vurğulayıb ki, bu layihə sualtı infrastruktura çıxış və onun idarə olunmasının yeni üsullarını nümayiş etdirib: "Hazırda bu, bizə Xəzərdə gələcək sualtı müdaxilələr üçün daha geniş çeviklik imkanı yaradır. Bu, eyni zamanda qabaqcıl texnologiyanın, əməkdaşlığın və əməliyyat mükəmməlliyinin BP CCAT (Xəzər, Mərkəzi Asiya və Türkiyə) regionuna daxil olan AÇG kimi yetkinləşmiş aktivlərdən hasilatın maksimal səviyyəyə çatdırılmasına necə yardımçı ola biləcəyinin parlaq nümunəsidir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib

News thumbnail
cemiyyet

Dağı saniyələr içində çaya uçdu

News thumbnail
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
cemiyyet

Xərçəng və diabetdən belə qorunun...

News thumbnail
cemiyyet

Maskın raketi suya düşərək partladı