Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı--:--
News
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı öl...--:--
News
İsraildən Avropa ölkəsi ilə bağlı şok qərar...--:--
News
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasın...--:--
News
Fransada gecə klubunda atışma olub, üç nəfər yaralanıb--:--
News
Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı--:--
News
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı öl...--:--
News
İsraildən Avropa ölkəsi ilə bağlı şok qərar...--:--
News
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasın...--:--
News
Fransada gecə klubunda atışma olub, üç nəfər yaralanıb--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

“Çünki suveren Azərbaycan – çoxlarının kabusu və qorxunc röyası idi”

Bugün, 21:45
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Qorxmuşam, indi gördüyümüz gerçəklər yuxu olar. Qorxmuşam, hazırkı xoşbəxtliyə geridönüş olmaz. Qorxmuşam, 27 sentyabr bir də heç vaxt gəlməz. Qorxmuşam, yenə Qarabağsız qalarıq...

Xatırinizdədirmi, müharibədən əvvəlki yaxın keçmiş? Əsas da 2012-2020 arasındakı dövr?

Həmin illər ərzində nələr baş vermədi ki?! Beynəlxalq güclər, daxildəki radikal-marjinal qruplar, həyasız ünsürlər, hətta hakimiyyətin öz içindəki bəzi buqələmunlar nə oyunlardan çıxmadı ki?

Gah, əleyhimizə Qətnamələr sıralandı. Gah, sanksiyalarla hədələndik. Gah, hansısa senatorun ifasında hüquq və demokratiya barədə saxta moizələr dinləməyə məcbur qaldıq. Gah, “Milyarderlər İttifaqı” yarandı. (Daha dəqiq desəm: yaradıldı!) Gah, ortalıqda, qəfil, anidən “söyüş müxalifəti” zühur etdi. Gah, “araşdırmaçı jurnalistika” adı altında xüsusi – missioner qrup ortalığa buraxıldı.

Xatirinizdədirmi, həmin 8 il aralığında Prezident və Parlament seçkiləri öncəsi?!

Sizcə niyə növbədənkənar seçkilərə gedildi? Niyə operativ-siyasi qərar(lar) qəbul edildi?!

Çünki müxtəlif aspektli (çalarlı) təxribatlar barədə dəqiq məlumatlar vardı və bunun qarşısı necə isə alınmalı idi. Çünki Azərbaycanı mövcud Ukraynanın gününə salmaq istəyənlərin sayı 1 yox, 3 yox, bəlkə də 5 idi! Çünki hətta ölkəmizdə qərarlaşan bəzi diplomatik korpus nümayəndələri belə həmin vaxt tam fərqli tezislərlə, təlimatlarla “silahlandırılmışdılar”

Çünki Azərbaycana və İlham Əliyevə zərbə vurmaq üçün böyük bir komanda səfərbər olunmuşdu!

Bəli. Nonsensdir. Absurddur. Amma (nə təəssüf) həm də faktdır: Hətta o “küçə uşağı”nın, “ağzıqara gədə”nin üzərindən belə dövlətin, hakimiyyətin üzərinə hücuma keçdilər. Öz də əməlli-başlı hücuma keçdilər. Dayanmadılar. Sosial şəbəkələri “yemlədilər”. Qısa müddətdə saxta, xaotik mitinq elektoratı formalaşdırmağa cəhd etdilər...

Bir o qalmışdı ki, BMT-nin Baş Katibi, Avropa Şurasının və İttifaqının Prezidentləri açıq mətnlə bəyanat versin...

Niyə Azərbaycan, onun Lideri məhz həmin müddətdə daha qlobal şər və böhtan kampaniyası ilə üzbəüz qaldı?

Niyə ölkəmizə qarşı planlanan iyrəncliklərin, ədalətsizliklərin böyük qismi məhz həmin dönəmə təsadüf etdi?

Çünki Azərbaycanı heç zaman bütöv görmək istəməyən qüvvələr, şəbəkələr, dövlətlər və ələlxüsus da həmin dövlətlərin xüsusi xidmət orqanları məsələdən agah idilər. Anlayırdılar. Dərk edirdilər... Ki, İlham Əliyevi dayandıra bilməsələr, onun atdığı müstəqil addımların qarşısını ala bilməsələr, Böyük Zəfər bu gün-sabahlıqdır!

Fəqət... Sonucda bütün yaramazlar, yaramazcıqlar və yaramaza quyruq bulayanlar məhv oldu, məğlub oldu, rüsvay oldu!

Xalqımız nəyi arzulamışdısa, mənim ləyaqətli Prezidentim necə demişdisə, elə oldu...

Təşəkkürlər, bu qədər yükü çiyinlərinizdə illər uzunu, əzmlə daşıya bildiyiniz üçün!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı

News thumbnail
cemiyyet

İmişli Şəkər Zavodunda yanğın olub

News thumbnail
cemiyyet

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi

Bugün, 22:53
News thumbnail
Bugün
siyaset

Polşa “Patriot” sistemlərinin istehsalı üçün zavodun öz ərazisində tikilməsini təklif edib

Bugün, 22:51
News thumbnail
Bugün
siyaset

Pezeşkiandan çağırış: Həftədə azı bir gün...

Bugün, 22:48
News thumbnail
Bugün
idman

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5-ci və 16-cı yeri tutublar

Bugün, 22:46

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Bugün, 22:37
News thumbnail
Bugün
son xeberler

“Burada bütün forma və konturlar bir ismarıcı ifadə edir”

Bugün, 22:19
News thumbnail
Bugün
dunya

CENTCOM İranın ABŞ-a məxsus sualtı dronu ələ keçirməsi barədə açıqlamasını təkzib edib

Bugün, 22:14
News thumbnail
Bugün
siyaset

Serbiya Prezidenti vəzifəsindən istefa verib

Bugün, 22:13
News thumbnail
Bugün
siyaset

Vuçiç: Görünür, prezidentlikdən baş nazirə keçmək hamıya olar, yalnız mənə yox

Bugün, 22:10
News thumbnail
Bugün
idman

Ronaldo start heyətində yer almadı

Bugün, 22:08
News thumbnail
cemiyyet

Məşhur model Azərbaycana təşəkkür etdi - Video

News thumbnail
cemiyyet

Tanınmış fotoqraf və qızı ağır qəzaya düşdülər