Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymə...--:--
News
Azərbaycan millisi tarix yazdı--:--
News
Niderlandda məcburi hərbi xidmətin bərpasına qarşı ümum...--:--
News
Conni Deppdən gözlənilməz hərəkət--:--
News
Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı--:--
News
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymə...--:--
News
Azərbaycan millisi tarix yazdı--:--
News
Niderlandda məcburi hərbi xidmətin bərpasına qarşı ümum...--:--
News
Conni Deppdən gözlənilməz hərəkət--:--
News
Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı

Dünən, 23:36
News thumbnail

Hüquqinfo.az bildirir ki,

ABŞ-nin Kaliforniya Universitetində aparılan klinik araşdırma xroniki yuxusuzluğun müalicəsində istifadə olunan koqnitiv davranış terapiyasının bioloji yaşlanma prosesini yavaşlada biləcəyini göstərib.

“Hüquqinfo.az” xəbər verir ki, tədqiqatda xroniki yuxusuzluq yaşayan, yaşı təxminən 60 və daha yuxarı olan 100 yetkin iki il ərzində izlənilib.

İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb. Qruplardan biri yalnız yuxu ilə bağlı ümumi maarifləndirici təlim alıb, digərinə isə düşüncə və yuxu davranışlarının dəyişdirilməsinə yönəlmiş mütəxəssis nəzarətli koqnitiv davranış terapiyası tətbiq olunub.

İştirakçıların qan nümunələri və sağlamlıq göstəriciləri də araşdırılıb. DNT-də epigenetik dəyişikliklər əsasında bioloji yaşlanma sürətini ölçən “DunedinPACE” göstəricisi üzrə aparılan təhlil nəticəsində yalnız ümumi yuxu təlimi alan qrupda bioloji yaşlanma sürətinin artdığı müəyyən edilib. Koqnitiv davranış terapiyası alan iştirakçılarda isə yaşlanma sürətinin əhəmiyyətli dərəcədə yavaşladığı aşkarlanıb.

Araşdırmada yuxusuzluğun müalicəsində dərmansız yanaşma olan koqnitiv davranış terapiyasının hüceyrə səviyyəsində yaşlanma ilə əlaqəli “p16INK4a” markerinin səviyyəsini də azaltdığı müəyyənləşdirilib.

Tədqiqatçılar bunun yuxusuzluğun aradan qaldırılmasının qanda dövr edən yaşlı və zədələnmiş hüceyrələrin azalması ilə əlaqəli ola biləcəyini bildiriblər.

Tədqiqatın aparıcı müəllifi doktor Cudit Kerroll yuxunun yaşlanma prosesində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, yaşlı insanlarda yuxusuzluq çox vaxt yalnız həyat keyfiyyəti problemi kimi qiymətləndirilir. Lakin araşdırmanın nəticələri yuxusuzluğun orqanizmin bioloji yaşlanmasına təsir edən və müdaxilə edilə bilən risk faktoru ola biləcəyini göstərir.

Mütəxəssislər keyfiyyətli və fasiləsiz yuxunun iltihabı, stresslə əlaqəli hüceyrə zədələnməsini azaltmağa kömək etdiyini, bunun isə yaşlılıq dövründə demensiya və ürək xəstəlikləri ilə bağlı risklərə təsir göstərə biləcəyini bildiriblər.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

İmişli Şəkər Zavodunda yanğın olub

News thumbnail
cemiyyet

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

News thumbnail
cemiyyet

Məşhur model Azərbaycana təşəkkür etdi - Video

News thumbnail
cemiyyet

“Çünki suveren Azərbaycan – çoxlarının kabusu və qorxunc röyası idi”

News thumbnail
cemiyyet

Tanınmış fotoqraf və qızı ağır qəzaya düşdülər

Populyar Xəbərlər

News thumbnail
Dünən
cemiyyet

İmişli Şəkər Zavodunda yanğın olub

Dünən, 23:08
News thumbnail
Dünən
dunya

ABŞ təkzib etdi: Bu, İranın çarəsizliyinin təzahürüdür!

Dünən, 23:00
News thumbnail
Dünən
siyaset

Vuçiç Serbiya Prezidenti vəzifəsini icra edərkən 49 nəfəri əfv ediyini bildirib

Dünən, 22:57
News thumbnail
Dünən
dunya

İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi

Dünən, 22:53

Həftənin Xəbərləri

News thumbnail
Dünən
siyaset

Polşa “Patriot” sistemlərinin istehsalı üçün zavodun öz ərazisində tikilməsini təklif edib

Dünən, 22:51
News thumbnail
Dünən
siyaset

Pezeşkiandan çağırış: Həftədə azı bir gün...

Dünən, 22:48
News thumbnail
Dünən
idman

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5-ci və 16-cı yeri tutublar

Dünən, 22:46
News thumbnail
Dünən
cemiyyet

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Dünən, 22:37
News thumbnail
Dünən
son xeberler

“Burada bütün forma və konturlar bir ismarıcı ifadə edir”

Dünən, 22:19
News thumbnail
Dünən
dunya

CENTCOM İranın ABŞ-a məxsus sualtı dronu ələ keçirməsi barədə açıqlamasını təkzib edib

Dünən, 22:14