Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

"Dərinsulu Günəşli"də çoxquyulu sualtı müdaxilə proqramı başa çatdırılıb

Dünən, 16:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

bp "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Dərinsulu Günəşli" ərazisində çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb. 2025-ci ilin dördüncü rübündə başlanmış bu proqram təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanmış və yeddi quyuda sualtı müdaxilə əməliyyatlarının həyata keçirilməsinə imkan verib.

bp-dən "Hüquqinfo.az-Economics"ə verilən məlumata görə, sualtı müdaxilə işlərinin icrası üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunmuşdur. "Blue Ocean" dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya Oceaneering International şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu texnologiya ənənəvi qazma dikborularından istifadə etmədən sualtı quyulara çıxış təmin etməklə yanaşı, proqram boyunca quyulara nəzarət, təzyiqin saxlanılması və bütün sualtı müdaxilə işlərinin həyata keçirilməsini təmin etmişdir.

Quyularda müdaxilə işləri “Xankəndi” sualtı tikinti gəmisindən icra olunmuşdur. Bunun üçün gəminin üzərinə QDYM sistemi inteqrasiya edilmişdir və o, quyuya yüngül müdaxilə gəmisi kimi layihəyə dəstək vermişdir. Bu, Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdir. Layihənin əsas elementlərindən biri “Xankəndi” gəmisində ilk dəfə olaraq şaxta (moonpool) sisteminin quraşdırılması və istifadəsi olmuşdur. Gəminin mərkəzi hissəsinə yaxın yerləşən bu şaxta, gövdənin ortasından birbaşa dənizə açılan şaquli keçid təmin etməklə sualtı avadanlıqların, məsafədən idarə olunan sualtı aparatların və quyuya müdaxilə alətlərinin birbaşa dəniz dibinə təhlükəsiz şəkildə endirilməsinə imkan verir.

Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan yeddi sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilib. Proqram quyuların daha yaxından izlənməsinə və lay təzyiqinin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının aşkarlanmasına imkan yaratmaqla AÇG yatağının bundan sonrakı potensialının üzə çıxarılması səylərinə dəstək verib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib

News thumbnail
cemiyyet

Dağı saniyələr içində çaya uçdu

News thumbnail
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
cemiyyet

Xərçəng və diabetdən belə qorunun...

News thumbnail
cemiyyet

Maskın raketi suya düşərək partladı