Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə...--:--
News
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərba...--:--
News
ADY Hamburq Limanı ilə əməkdaşlığın inkişafına dair pro...--:--
News
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO--:--
News
“Ana olmaq istəyirəm”--:--
News
Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə...--:--
News
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərba...--:--
News
ADY Hamburq Limanı ilə əməkdaşlığın inkişafına dair pro...--:--
News
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO--:--
News
“Ana olmaq istəyirəm”--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Erməni tarixçiləri: Gəncəsər Azərbaycana məxsusdur…

Bugün, 16:18
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bəzi qaynaqlarda Xəzinədağ məbədi kimi yazılsa da, Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən Gəncəsər adı ilə tanınan monastr barədə erməni sosial mediası və siyasi, ictimai, dini xadimlərinin yaratdıqları sadəcə şoudur. Özləri də bilirlər ki, o dövrdə ermənilərin Qafqazda, yaxud Osmanlı torpaqlarında izi-tozu belə yox idi. Xristian albanlar var idi və onlar da Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda və Osmanlı ərazilərində yaşayırdılar. Özlərinin kilsələri, ibadətləri və dinləri var idi.

Ciddi tarixçilər də təsdiq edir ki, bu monastr Ərəb xilafəti parçalandıqdan sonra Qarabağ ərazisində Xaçın knyazlığı dövrünə aiddir. Alban memarlığının ən mühüm əsərlərindən olan Gəncəsərin tikilməsi Həsən Cəlalın dövründə baş verib və onun üzərində yazılar da bunun real sübutudur. Monastrın üzərində "Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən 1216–1238-ci illərdə inşa edilmişdir" sözlərinin yazılması bir daha sübut edir ki, o dövrlərdə və xanlıqlar dövrünə qədər bu coğrafiyada erməni, heç hay adı belə yox idi. Albanlar dövlət qurub siyasət yerindəndə ermənilər Hindistanın Mədrəs və Kəlküttə ərazisində taborda yaşayırdlar.

Mən bu yazımda erməni alimlərinin Azərbaycanda Qafqaz Albaniyasına aid abidələrin oğurlanması barədə araşdırmalarından istinadlar verəcəm. Qoy ermənilər görsün ki, onların yalanlarını elə öz millətlərindən olan alimlər necə ifşa edir.

1) Gəncəsərin Qafqaz Albaniyasına aid olmasını və abidə üzərindəki yazıların ermənilər tərəfindən saxtalaşdırıldığını aşkar edən erməniəsilli alımlərdən birincisi İosif Orbeli olmuşdur. Ermənilərin və Rusiyanın o dövrdə birləşib məhv etməyə çalışdıqları tədqiqatçının araşdırmaları zamanı diqqətçəkən bir fakt üzə çıxdı: Gəncəsər monastr kompleksindəki müəyyən divar lövhələri və məzar daşları üzərində orta əsr türk dilində yazılmış epiqrafik mətnlərin mövcudluğu.

Orbeli öz qeydlərində Gəncəsərdəki qədim alban epiqrafik plitələrinin XIX əsrdə erməni kilsə xadimləri tərəfindən fiziki olaraq söküldüyünü, sındırıldığını və yerinə qəsdən erməni dilli yeni daş plitələrin yerləşdirildiyini faktlarla göstərib.

2) Erməni tarixşünaslığının ən böyük simalarından biri olan Arakel Babaxanyan yazır ki, Gəncəsər monastrı erməni kilsəsinə tabe olmayan, tamamilə müstəqil Alban Katolikosluğunun mərkəzi olmuşdur. O, monastırın Qarabağ xristianları (albanlar) üçün müqəddəs bir müstəqillik rəmzi olduğunu yazmışdır. O qeyd edirdi ki, Gəncəsər rəhbərləri özlərini Ermənistan kilsəsinin deyil, qədim Albaniya irsinin rəhbərləri sayırdılar və Eçmiədzinin onlara hökmranlıq etmək cəhdlərinə daim müqavimət göstərirdilər. Elə ermənilər bu kitabı öz onlayn kitabxanalarında paylaşıblar.

3) Tarixçi Baqrat Ulubabyan yazır: “Gəncəsər monastrının yerləşdiyi qədim Xaçın heç vaxt Ermənistanın tərkib hissəsi olmayıb, bura tamamilə müstəqil bir vilayət idi və onun əhalisi qədim albanların birbaşa varisləri idilər. O, Gəncəsər monastırının baş memarı və banisi Həsən Cəlalın məhz "Albaniyanın çarı" rəsmi titulunu daşıdığını öz əsərlərində təsdiqləmişdir”.

4) Makar Barxudaryants 1895-ci ildə Tiflisdə nəşr etdirdiyi “Artsax” kitabında Gəncəsər barədə danışarkən çox mühüm bir reallığı etiraf etməyə məcbur olmuşdur.

O, Gəncəsər monastırının yerli əhalisinin kökünü araşdırarkən açıq şəkildə yazırdı ki, bura Albaniyadır və Gəncəsər albanların dini mərkəzidir. Barxudaryants Qarabağ xristianlarının Ermənistandan gəlmədiklərini, onların qədim yerli alban tayfaları olduqlarını öz əsərində təsdiqləmişdir. Həmçinin monastrın baş tağındakı Alban katolikoslarının adlarını olduğu kimi qeyd etmişdir.

5) Raffi -Akop Melik-Akopyan "Xəmsə məliklikləri" (1888) adlı tarixi-xronoloji əsərində Gəncəsər monastırının katolikoslarının tarixindən bəhs edərkən onların erməni katolikosluğu ilə heç bir bağlılığının olmadığını, Gəncəsərin əsrlər boyu müstəqil Alban Katolikosluğunun taxtı kimi fəaliyyət göstərdiyini yazmışdır. O, erməni kilsəsinin bu müstəqil alban ocağını tabe etmək üçün apardığı siyasi intriqaları və saxtakarlıqları öz kitabında faktlarla qeyd etmişdir.

Daha çox erməni müəlliflərinin əsərlərindən istinadlar edə bilərəm. Bu faktlar onu təsdiq edir ki, onların Qafqaz Albanlarına aid olan Gəncəsər başda olmaqla digər iddiaları sadəcə manipulyasiyadır. Onlar düşünməsin ki, biz heç nəyi bilmirik. Biz hər şeyi bilir və görürük!

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

ADY Hamburq Limanı ilə əməkdaşlığın inkişafına dair protokol imzalayıb

News thumbnail
cemiyyet

Açıq havada opera tamaşaları və konsertlərin yeni ünvanı

News thumbnail
cemiyyet

Cəlilabadda açıq ərazi yanır - FOTO

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Açıq havada opera tamaşaları və konsertlərin yeni ünvanı

Bugün, 17:28
News thumbnail
Bugün
idman

İspaniya Kral Futbol Federasiyası Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb

Bugün, 17:22
News thumbnail
Bugün
cemiyyet

Cəlilabadda açıq ərazi yanır - FOTO

Bugün, 17:22
News thumbnail
Bugün
cemiyyet

Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”

Bugün, 17:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bugün, 17:19
News thumbnail
Bugün
huquq

Bakıda marketdə qadını döyən şəxs həbs edilib

Bugün, 17:17
News thumbnail
Bugün
idman

Azərbaycanın U-20 millisinin baş məşqçisi: "Yerli futbolçularla uğura nail ola bilərik"

Bugün, 17:17
News thumbnail
Bugün
siyaset

Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

Bugün, 17:17
News thumbnail
Bugün
huquq

Alban-Udi xristian dini icmasının üzvü: Gəncəsər monastırında öz dilimizdə ibadət etdik

Bugün, 17:16
News thumbnail
Bugün
huquq

“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib

Bugün, 17:16
News thumbnail
cemiyyet

Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”

News thumbnail
cemiyyet

MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub