
Hüquqinfo.az bildirir ki,
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsar monastırında öz dillərində ibadət etdilər.
"Hüquqinfo.az"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu sentyabrın 21-də Alban-Udi xristian dini icması üzvlərinin Gəncəsər monastırını ziyatəti çərçivəsində icmanın üzvü Sergey Annari deyib.
"Bu əraziyə ilk dəfədir səfər edirik və həqiqətən, Gəncəsər monastrında ibadət edəcəyimiz günü çoxdan gözləyirdik. Bu məbəd Qafqaz Albaniyasının ən qədim kilsələrindən biridir. Buraya gəldiyimiz və öz dilimizdə ibadət etdiyimiz, şam yandırdığımız üçün çox şadıq".










