
Hüquqinfo.az bildirir ki,
AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Suriyaya səfər edib.
Məlumata görə, Kaya Kallas Dəməşqdə Suriya xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşüb.
“Danışıqlar Tişrin sarayında keçirilir və AB-nin Suriya ilə uzunmüddətli tərəfdaşlığının qurulmasına həsr olunub. AB Suriya hakimiyyətinə iqtisadi vəziyyətin sabitləşdirilməsi və dövlət institutlarının fəaliyyətinin bərpasında yardım göstərmək niyyətindədir. Kallas daha sonra Suriya Prezidenti Əhməd əş-Şara tərəfindən qəbul ediləcək”, - mənbə bildirib.










