
Hüquqinfo.az bildirir ki,
Moskvanın Basmannı rayon məhkəməsi jurnalist və bloger Yuri Dud barəsində qiyabi həbs qərarı çıxarıb.
Məlumata görə, Dud Rusiyaya ekstradisiya olunacağı və ya Rusiya ərazisində saxlanılacağı təqdirdə iki aylıq həbs qətimkan tədbiri ilə üzləşəcək.
O, Rusiya CM-nin 205.2-ci maddəsinin II hissəsi (Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa bəraət qazandırma və ya onun təbliği) ilə ittiham olunur.
Qeyd edək ki, Yuri Dud 2025-ci ilin iyul ayında da xarici agent kimi vəzifələrini yerinə yetirməkdən yayındığına görə qiyabi həbs edilmişdi.








