










Hüquqinfo.az bildirir ki,
Kamçatka sahillərində (Rusiya) "Triumf" gəmisində yanğın baş verib, nəticədə 7 heyət üzvü yaralanıb.
"Hüquqinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Qəza-Xilasetmə İşləri Ekspedisiya Dəstəsinin donanmaya nəzarət dispetçer xidmətindən məlumat verilib.
Məlumata görə, göyərtədə olan 29 nəfərdən 25-i "Persey" gəmisinin heyəti tərəfindən xilas edilib.
Daha əvvəl bildirilmişdi ki, 4 nəfər, o cümlədən gəminin kapitanı itkin düşmüş hesab olunur. Daha sonra xilasedicilər məlumat veriblər ki, gəminin kapitanı xilas edilib, 4 heyət üzvünün axtarışları davam edir.










