










Hüquqinfo.az bildirir ki,
Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a bildirilib ki, müayinə işləri aşağıdakı tarixlərdə gecə saat 1:00-dan 5:00-dək həyata keçiriləcək:
10 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-i, (Ekologiya postu);
11 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı).
Bu müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.










