
Hüquqinfo.az bildirir ki,
ABŞ dövlət katibi Marko Rubionun kubalıları öz iradəsinə tabe etmək üçün son cəhdi uğursuzluğa məhkumdur.
"Hüquqinfo.az"un məlumatına görə, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla bunu "X" sosial şəbəkəsindəki hesabında ABŞ-nin 17 sentyabrda tətbiq etdiyi yeni sanksiyaları şərh edərkən yazıb.
"(ABŞ) dövlət katibi Kuba xalqını maksimum iqtisadi boğmaq və kollektiv cəzalandırma siyasətinin bir hissəsi olaraq bir daha Kuba qurumlarını və vətəndaşlarını hədəfə alıb. Onun bizi öz iradəsinə tabe olmağa məcbur etmək cəhdi uğursuzluğa məhkumdur. Təxminən 70 illik (Kuba) inqilabı ərzində qazandığımız suverenliyimizdən və müstəqilliyimizdən heç vaxt imtina etməyəcəyik", - Rodriqes Parrilla vurğulayıb.






