
Hüquqinfo.az bildirir ki,
Bu şikayətlə “Hüquqinfo.az”ya Şirvan Peşə Liseyində “istehsalat üzrə menecer” vəzifəsində çalışan Nuridə Muradova müraciət edib.
42 yaşlı N. Muradova bildirib ki, o, 2006-cı ildən Şirvan Peşə Liseyində çalışır: “Əvvəllər yarımştat laborant kimi fəaliyyət göstərirdim. Daha sonra liseyin həmin dönəmdə çalışan direktoru bu ixtisasın ixtisar ediləcəyini və məni işdən çıxaracağını demişdi. Lakin o vaxtı bu qərarara Agentliyin nümayəndəsi etiraz etdiyi üçün işimdə qalmışdım.
Bir müddət sonra mənə “istehsalat üzrə menecer” vəzifəsi təklif edildi. Bu vəzifənin gələcək karyeram üçün perspektivli olduğunu dedilər. Həmin vaxt çoxsaylı müəllim, usta, texniki və inzibati işçilərin işə qəbul edilərək onların bir qismi ilə müddətli əmək müqavilələri bağlanırdı. Mənimlə də müddətli əmək müqaviləsi bağlandı. Lakin əmək müqaviləmin vaxtı bitməmiş Peşə Təhsili üzrə Dövlət Agentliyindən dedilər ki, “istehsalat üzrə menecer” vəzifəsi peşə liseyinin fəaliyyətinə uyğun deyil və liseydə istehsalat sahəsi yoxdur”.
Vətəndaşın sözlərinə görə, bu qərarın verilməsi üçün əsaslı səbəb yoxdur: “Bu ixtisas necə ləğv edilə bilər? Liseydə istehsalatla bağlı dərslər keçirilir və tələbələrin müxtəlif məhsullar, o cümlədən gil qabları, bayraqlar və xalatlar hazırlayır. Artıq ayın 15-dən xitam ərizəm göndərilib. Bu problemlərin həll edilməsini və yeganə gəlir mənbəyimin lisey olduğunu vurğulayaraq xahiş edirəm ki, əmək müqaviləmin müddəti uzadılsın”.
Nuridə Bayramova həmçinin iddia edir ki, menecer işlədiyi müddətdə tutulmalardan sonra orta aylıq əməkhaqqının 470 manat olduğu halda kartına daha az məbləğ yüklənib.









