
Hüquqinfo.az bildirir ki,
ABŞ-nin Nyu-Cersi ştatında şimal-şərq fırtınasının gətirdiyi güclü yağışlar daşqınlara səbəb olub.
“Hüquqinfo.az” xəbər verir ki, yağıntılar nəticəsində yollar su altında qalıb, bəzi evlərə su dolub.
Güclü hava şəraiti ölkənin şimal-şərqində elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub. 70 mindən çox evin elektriksiz qaldığı bildirilib.









