Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

SESNM fəaliyyətə başladı

Dünən, 11:09
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Subyektlərin Elektronlaşdırılması və Sanitar Normalara Nəzarət Mərkəzi (SESNM) fəaliyyətə başlayıb.

“Hüquqinfo.az” xəbər verir ki, mərkəzin istifadəyə verdiyi e-reyestr.az platforması qeyri-qida və xüsusilə qida sektorunda (restoran, kafe, market, keytrinq, otel, uşaq bağçalarında fəaliyyət göstərən qida blokları və s.) fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün nəzarət orqanları tərəfindən müəyyən edilmiş icbari normativ və uyğunluq tələblərinin (HACCP, izlənilmə və s.), habelə könüllü tətbiq olunan beynəlxalq idarəetmə standartlarının (ISO 9001, İSO 22000, ISO 14001 və s.) icrasını vahid rəqəmsal mərkəzdə toplayır.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 16.2 və 19.3-cü maddələri qida subyektlərindən HACCP-ə əsaslanan prosedurların tətbiqini və daxili nəzarət sisteminin təşkilini tələb edir. Azərbaycan Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2027-2032-ci illər üzrə Dövlət Proqramı qida müəssisələrinin 80 faizində HACCP sisteminin tətbiqini hədəf kimi müəyyən edib.

Sənəddə ölkədə rəqəmsal izlənilmə sistemlərinin məhdud tətbiq olunduğu da göstərilib. Eyni sənədə əsasən, təsdiqini tapmış qida zəhərlənməsi hallarının sayı 2019-cu illə müqayisədə 2025-ci ildə 75 faiz azalıb. Məhz bu tələblərin icrasında sahibkara praktiki dəstək göstərmək məqsədilə e-reyestr.az platforması istifadəyə verilib.

Mərkəz platformaya qoşulan sahibkarlıq subyektlərinə sistemin qurulması, konfiqurasiyası və işçi heyətinin istifadə üzrə təlimi istiqamətində dəstək göstərir. Mərkəz sahibkarlıq subyektlərinə tövsiyə edir ki, normativ tələblər barədə rəsmi məlumatı və bu sahə üzrə məsləhət xidmətlərini yalnız aidiyyəti dövlət qurumlarından - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən, səhiyyə orqanlarından və digər səlahiyyətli qurumlardan əldə etsinlər və onların xidmətlərindən yararlansınlar.

Mərkəzin fəaliyyəti müəyyən edilmiş tələblərin icrasının vahid rəqəmsal mühitə keçirməkdir. Sahibkarlıq subyektlərinin rəqəmsallaşmaya keçidini dəstəkləmək məqsədilə bu xidmət təmənnasız əsasda, ödənişsiz həyata keçirilir.

“Qida təhlükəsizliyi bir qurumun deyil, bütün zəncirin işidir. Hər müəssisə öz prosesinin sahibidir. Bu mədəniyyət möhkəmləndikcə istehlakçının müəssisəyə etibarı da güclənir”, - SESNM İdarə Heyətinin Sədri Ziyabəddin Hüseynov qeyd edib.

Mərkəz qida və qeyri-qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərini sistəmə ödənişsiz oluğuna görə müraciətlərin çoxluğunu nəzərə alaraq platformaya qısa zamanda qoşulmağı məsləhət görür.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib

News thumbnail
cemiyyet

Dağı saniyələr içində çaya uçdu

News thumbnail
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
cemiyyet

Xərçəng və diabetdən belə qorunun...

News thumbnail
cemiyyet

Maskın raketi suya düşərək partladı